Argentinanın Salta əyalətində bazar ertəsi 5,5 maqnitudalı zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 24 min nəfər əhalisi olan Embarkasion şəhərindən 66 km cənub-şərqdə, 545 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.