84 yaşlı Çelentano  - Onun gözəl həyat yoldaşı və üç övladı necə görünür?
16 iyul 2022 19:03 (UTC +04:00)

84 yaşlı Çelentano - Onun gözəl həyat yoldaşı və üç övladı necə görünür?

İtaliyanın ən məşhur aktyorlarından birinə çevrilən milyonların kumiri Adriano Çelentano artıq 84 yaşını qeyd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, yaşının çox olmasına baxmayaraq, o, hələ də aktiv yaradıcı həyat tərzi keçirir və eyni dərəcədə xarizmatik və cazibədar olaraq qalır.

Aktyor bütün həyatını bir qadınla evlilikdə keçirib və bununla da fəxr edir. O, qadın düşkünü imicinə baxmayaraq, həyat yoldaşına sadiq olub və tez-tez ailənin onun əsas sərvətinə çevrildiyini söyləyir.

Zaman, əlbəttə ki, heç kəsə rəhm etmir və bir vaxtlar gənc və gözəl cütlük indi dəyişib.

Bununla belə, onların təbəssümü və həyatsevərliyi dəyişməz qalıb: bütün fotolarda cütlük çox xoşbəxt görünür.

Pərəstişkarlarının fikrincə, onlar hələ də ən gözəl cütlük olaraq qalırlar və yaşları onlara pis təsir etməyib.

Evliliklərinin 50 illiyini qeyd edən cütlüyün 2014-cü ildə çəkilmiş şəkli:

Adrianonun həyat yoldaşı Klaudiya Moridir. Qadının hazırda 78 yaşı var.

Klaudiyanın gəncliyi teatrda və film çəkilişlərində keçib. Qısa boylu, kövrək və yaraşıqlı qız təkcə yaxşı aktrisa deyildi, həm də səs tembri ilə məşhur idi.

Mori karyerasının ilk illərində ilk növbədə musiqili müğənni kimi tanınırdı. Aktrisa kimi o, italyan rejissoru Lukino Viskontinin ən yaxşı filmlərindən biri olan “Rokko və onun qardaşları”, eləcə də “Sodom və Qomorra” filmində Robert Oldriçin çəkilişlərindən sonra məşhurlaşıb.

Cütlüyün üç övladı var, həyatları olduqca maraqlı şəkildə inkişaf edib.

Böyük uşaq qızları Rositadır.

O, valideynlərinin izi ilə gedib, musiqi və kino karyerası qurub.

Karyerasının lap əvvəlindən kimin qızı olduğunu gizlədib. Rosita məşhur valideynlərin köməyi olmadan yaradıcılıqda yer almaq istəyirdi. Çelentanonun böyük qızı məqsədinə nail olub.

Çelentanonun yeganə oğlu Cakomodur.

Oğlan dizayn İnstitutunda oxuyub, hobbisi olan musiqini sevirdi. Vaxt keçdikcə hobbi həyat məsələsinə çevrilib və Cakomo üçüncü kursda məktəbi tərk edib.

O, özünü aktyor kimi də sınayıb, lakin onun əsas fəaliyyətinə məhz musiqi çevrilib. Daim atası ilə müqayisə edildiyi üçün o, yaradıcı təxəllüsü götürməli olub, bir il sonra ondan imtina edib.

İndi Çelentanonun oğlunun artıq 55 yaşı var.

Adriano və Klaudiyanın kiçik qızı Rozalindadır.

Hazırda onun 53 yaşı var, o, dəfələrlə şəxsiyyəti ilə bağlı qalmaqallı xəbərlərin mərkəzində olub.

Filmlərdə oynayıb və aktyorluq işinə görə mükafatlar alıb.

Qadının şəxsi həyatı ilə hər şey asan deyil: bir çox münasibətlər müxtəlif səbəblərə görə sona çatıb. Rozalinda təkcə kişilərlə deyil, qadınlarla da görüşdüyünü gizlətmir.

Adriano və həyat yoldaşı qızlarını olduğu kimi qəbul etdiklərini və onu heç nəyə görə mühakimə etmədiklərini deyirlər.

Adriano özü hələ də yaradıcılıqla məşğuldur, yeni mahnıları aktiv şəkildə yazır. Onun yeni musiqi albomu yaxınlarda işıq üzü görüb.
 

# 5376
avatar

Oxşar yazılar