2021-ci ilin ən yaxşı 10 filmi –  SİYAHI
01 dekabr 2021 08:20 (UTC +04:00)

2021-ci ilin ən yaxşı 10 filmi – SİYAHI

Fransanın nüfuzlu kino jurnalı ilin ən yaxşı filmlərinin illik siyahısını dərc edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, siyahı nəşrin “Twitter” hesabında dərc olunub.

Redaksiya seçiminə premyeraları 2020-ci ildə baş tutan bir neçə film daxil olub, lakin şərt başqadır - əsas odur ki, onlar Fransada son 12 ayda prokata buraxılıb.
 
Birinci yeri Kelli Rayhardtın "İlk inək" filmi tutub - o, 2019-cu ildə çəkilsə də, lakin filmin rəqəmsal buraxılışı bu ilin sentyabrında baş tutub.

Dram Amerikanın fəthi zamanı Qərbdə səyahət edən aşpazla Çindən gələn bir mühacirin dostluğundan bəhs edir.

Onluğa düşən filmlər bunlardır:

1.”İlk inək” – rejissor Kelli Rayhard

2. “Annett” – rejissor Leos Karaks

3. “Yaddaş” – rejissor Anitçampon Virasetakul

4. 2Maşınımın sükanı arxasına otur” – rejissor Ryuseke Xamaquti

5. “Superulduz” – rejissor Bryuno Dyumon

6. “Fransız xəbəçi”- rejissor Ues Anderson

7. “ABORDAJ”(avarçəkmə və yelkənli donanma günlərində dəniz döyüşü üsulu, əlbəyaxa döyüş üçün ona yaxın olan düşmən gəmisinə hücum) –rejissor Qiyom Brak

8. “Qız və hörümçək”- rejissor Ramon və Silven Tsyuher

9. “Soyuq hesablaşma” – rejissor Pol Şreder

10. “Yoldan çıxarma” – rejissor Pol Verhoven

Cahiers du Cinéma, tanınmış tənqidçilərin rəylərini dərc edən dünyanın ən hörmətli kino jurnallarından biri hesab olunur.

Bu il redaksiya heyətinə premyeraları hələ 2020-ci ildə baş tutan bir neçə film daxil edilib, lakin jurnalın şərtlərinə görə, əsas odur ki, onlar son 12 ayda Fransada nümayiş olunub.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3945
avatar

Oxşar yazılar