Teatr Festivalının himni üçün müsabiqə elan edilib – MÜSAHİBƏ
- Festivalla bağlı son yeniliklər nədən ibarətdir?
- Hazırda festivalla bağlı işlər davam etdirilir. Bildiyiniz kimi iyul ayının 12-dən ssenarilərin qəbuluna başlanılıb və bu mərhələ 1 ay ərzində davam edəcək. Ümumilikdə 4 ay davam edəcək festivalın növbəti mərhələsində rayonların ssenarilər üzrə bölgüsü aparılacaq. Yaxın günlərdə biz festivalın reklam işlərinə start verəcəyik. Müxtəlif yerlərdə-küçələrdə, yol kənarlarında və digər yerlərdə festivalın reklam şəkilləri yerləşdiriləcək. Dekorasiyaların hazırlığına başlamaq fikrindəyik.
- Təşkilat komitəsinə bu günə kimi nə qədər ssenari daxil olub?
- Təxminən 20 ssenari daxil olub, dəqiq sayla bağlı isə yəqin ki, yekunda hər şey bəlli olacaq.
- Yaradıcı düşərgəyə hazırlıq barədə nə deyərdiniz?
- Əvvəlcə seçilən truppalarla məşqlər, ustad dərslərinin təşkili planlaşdırılıb. Sonuncu ayda isə seçilən truppaların iştirakı ilə yaradıcı düşərgənin ("Art camp") keçirilməsi nəzərdə tutulub. 3 gün davam edəcək düşərgədə ustad dərsləri, məşqlər, əyləncəli oyunlar təşkil olunacaq.
- Düşərgə hansı məkanda təşkil olunacaq?
- Buzovnada.
- Ustad dərslərində kimlərin iştirakı nəzərdə tutulub?
- Hələ ki, bu barədə açıqlama vermək istəmirik, qoy sirr olsun. Amma onu deyə bilərəm ki, yaradıcı düşərgədə ustad dərsləri peşəkarlara, yəni sənətkarlara həvalə olunacaq. Gənclər ustad dərslərində sənətin sirlərini, ustadlardan öyrənəcək.
- Festivalın himni üçün də müsabiqə elan olunub. Bununla bağlı hansı yeniliklər var?
- Bəli, arzulayanlar sentyabr ayının 12-ə qədər himni CD formasında, sözlərini və musiqisini aranjeman olunmuş variantda Təşkilat Komitəsinə təqdim etməlidirlər. Təqdim olunan musiqilər arasında seçilən mahnı festivalın himni olacaq və ona klip çəkiləcək. Onu da deyim ki, bu himn sona qədər Gənclərin Ümumrespublika Teatr Festivalının himni kimi səsləndiriləcək.
- Bildiyim qədər keçən il aktyor olmaq həvəsi ilə fərdi şəkildə təşkilat komitəsinə müraciət olunmuşdu. Bu il necə belə müraciətlər varmı?
- Bəli, teatrın vurğunu olan belə gənclər var, deyim ki, say etibarı ilə də çoxdurlar. Onlar öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün məkan axtarışındadırlar. Artıq onlar “Facebook” səhifələrində bir-birləri ilə əlaqə saxlayıb istəklərini ifadə ediblər. Yəqin ki, onlar festivalda iştirak edəcəklər. Təşkilatçılar belə istedadlı və teatrı sevən gənclərə ötən il olduğu kimi bu il də şərait yaradacaq.
- Bu il festivalın hansı məkanda keçirilməsi nəzərdə tutulub?
- Ötən il olduğu kimi bu il də festival Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Sağ olsun rəhbərliyi keçən il festival iştirakçılarına dəstək olaraq gözəl şərait yaratmışdılar. Bu il də həmin məkan gənclərin istedadlarını nümayiş etdirmək üçün seçiləcək.
- Festivalda bağlı sürprizlər gözlənilirmi?
- Heç bir sürpriz nəzərdə tutulmayıb, çünki bizim bu festivalı keçirməkdə başlıca məqsədimiz var. Bizim yeganə məqsədim gənclər arasında teatrın inkişafına yardım etməkdir. Festivalın əsas məqsədi də artıq bəllidir: gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək, cavanlar arasında yaradıcılıq ünsiyyəti yaratmaq. Üstəgəl də onlara qlobal mövzu olan ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltmək. Düşünürəm ki, bu teatr aləmində bir yenilik kimi qavranılacaq, çünki bu mövzuya teatrlarımızın böyük ehtiyacı var. Bilirsiniz ki, festival ötən il vətənpərvərlik mövzusuna həsr olunmuşdu. Bu il isə mövzu Ekologiyaya həsr olunub. Hər halda gənclərin bu mövzuya yanaşması maraqlı və qeyri-adi olacaq. Düşünürəm ki, bu teatr aləmində bir yenilik kimi qavranılacaq, çünki bu mövzuya teatrlarımızın böyük ehtiyacı var.
Qeyd edək ki, festivala ssenarilər avqust ayının 12-ə qədər [email protected] ünvanında qəbul olunur. Əlavə məlumat üçün isə (012)562 3639 və (070) 399 3639 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.
Layihə, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

749