Xanəndəmiz musiqiçilərsiz konsert verdi
Bu barədə Lent.az-a xanəndə özü məlumat verib. O, bildirib ki, Londonda keçirilən Olimpiada oyunları ərəfəsində təşkil olunmuş festivalda çıxış edib. Fərqanə Qasımovanın sözlərinə görə, mindən çox musiqiçilərin iştirak etdiyi festival şəhərin 6 müxtəlif yerində təşkil edilib. Xanəndəmiz Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Monqolustan musiqiçiləri ilə bir arada çıxış edib.
Konsertin maraqlı məqamlarında biri də odur ki, Fərqanə Qasımova konserti musiqiçilərin müşayiəti olmadan təqdim edib. Çıxış edən ölkələrin öz milli musiqilərini təqdim etdiyini deyən xanəndəmiz festivalda “Səmayi-Şəms” zərb muğamını ifa etdiyini söyləyib.
Bütün festivallarda atası ilə birgə çıxış edən Fərqanə Qasımova bildirib ki, budəfəki tədbirdə qadınlar üstünlük təşkil etdiyi üçün dəvət yalnız onun üçün gəlib.
Jalə

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21