Qəbələdə “Yeni adlar: Debüt” kamera musiqi axşamı olub
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də "Yeni adlar: Debüt" kamera musiqisi axşamı olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-averilən məlumata görə, müxtəlif festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları olan istedadlı gənc pianoçular - Nazxanım Dadaşova, Şəhla Süleymanlı, Jalə Rəsulova bəstəkar Q.Qarayevin "Tsarskoe selo heykəli", F.Mendelsonun "Fantaziya fis-moll", A.Lyadovun "Barkarola", F.Əmirovun "Variasiya" və "12 miniatür" silsiləsindən dörd miniatür-Noktürn, Vals, Lirik rəqs, Tokkata, K. Debüssinin etüd 11, O. Messianın "Premerie communion de la Vierge", C.Hacıyevin "Ballada" əsərlərini ifa ediblər.
Qeyd edək ki, Azərbaycan və dünya musiqisinin qiymətli incilərinin səsləndirildiyi, bir çox ölkələrdən dünyaca məşhur musiqiçilərin iştirak etdiyi, musiqi vasitəsi ilə mədəniyyətlərarası dialoqa böyük töhfələr verən musiqi bayramının proqramına bu il əvvəlki illərdən fərqli olaraq, bir neçə dahi musiqiçinin yubiley tədbirinin keçirilməsi də daxil edilib.

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21