Qaxda kamera orkestrinin konserti oldu
Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qax şəhərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Kamera Orkestrinin konserti olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanovun bədii rəhbəri və baş dirijoru olduğu konsertdə, görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar ifa olunub.
Kamera orkestri ilə SSRİ Xalq artistləri Fərhad Bədəlbəyli, Fidan Qasımova, Azərbaycan Respublikasının Xalq artistləri Xuraman Qasımova, Sərvər Qəniyev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova və başqaları çıxış ediblər. Konsertdə Aqşin Əlizadənin "Cəngi", Üzeyir Hacıbəylinin "Arazbarı" əsərləri, Qara Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla", Fikrət Əmirovun "1001 gecə" baletlərindən parçalar, habelə Fərhad Bədəlbəylinin, Tofiq Quliyevin, Fikrət Əmirovun və digər Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub. Orkestrin, eləcə də solistlər - Əməkdar artist Gülnaz İsmayılovanın, Səbinə Əsədovanın, Afaq Abasovanın çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21