“Qarabağdan Anadoluya könül körpüsü” -
28 iyul 2012 11:55 (UTC +04:00)

“Qarabağdan Anadoluya könül körpüsü” -

Lent.az-ın məlumatına görə, xeyriyyə konserti millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun Ramazan ayında məcburi köçkün düşmüş ailələrin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəman ailələri və müharibə veteranları (onların ailələri) üçün hazırlanıb.

Tədbirdə İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng, bir sıra ziyalılar, millət vəkilləri, iş adamları və qaçqın, məcburi köçkünlərin ailələri iştirak edib.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək, Azərbaycanın illər öncə müharibə şəraitində olan vəziyyəti ilə indiki vəziyyətini müqayisə edib: “Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdəki Azərbaycan deyil, onun ordusu da o dövrdəki ordu deyil. İndi daha güclü bir orduya malik bir dövlətik. İnanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə bu gün işğal altında olan torpaqlarımıza dönəcəyik.

Daha sonra söz musiqiyə verilib. Türkiyədən Azərbaycana qonaq gələn Nursaç Doğanişıq Azərbaycan musiqilərini yeni bir nəfəslə qonaqlara təqdim edib. Türkiyəli sənətçi özünün ailəsinin əslən o zaman Gəncədən köçənlərdən olduğunu da vurğulayıb. Sənətçinin ifa etdiyi “Sən gəlməz oldun”, “Azərbaycan qızıyam”, Emin Sabitoğlunun “Ala gözlüm”, “Ayrılıq” və digər mahnılar tamaşaçılar tərəfindən sürətli alqışlarla qarşılanıb.
Təşkilatçılar Nursaç Doğanişığa Azərbaycan musiqisinin təbliğində və Türk dünyasının musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə mükafat təqdim ediblər. Nursaç Doğanişığa Qarabağ xalçası da hədiyyə edilib.

Əməkdar artisti Tünzalə Ağayeva Nursaç Doğanişıqla eyni səhnəni ölüşərək Qənirə Paşayevanın sözlərinə yazılmış mahnıları səsləndirib.

Tədbirdə həmçinin Qənirə Paşayevanın dəvəti ilə istedadlı gənc Əli Muradov, 10-cu Türkcə Olimpiadalarının Azərbaycan finalında mahnı kateqoriyasında qızıl medala layiq görülən Səma Sultanova çıxış edib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434

Oxşar yazılar