(R) Bakcell yenidən Milli Kitab Mükafatının baş sponsoru oldu
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə müasir Azərbaycan ədəbiyyatı səhnəsinin ən nüfuzlu layihəsi hesab edilən Milli Kitab Mükafatının (MKM) baş sponsoru olduğunu məmnuniyyətlə elan edir.
Milli Kitab Mükafatı 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. MKM-nin Münsiflər Heyətini Azərbaycanın nüfuzlu şəxsiyyətləri təmsil edir. Bu il mükafatın təbliğatı bütün zonaları əhatə edəcək, Azərbaycanın bölgələrində və ali məktəblərdə bir sıra təqdimatlar keçiriləcək.
Mükafatın qalibləri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində mükafat alacaq, eləcə də şeir və uşaq ədəbiyyatı üzrə nominasiyalar təsis olunacaq.
MKM-2012 daha bir yeniliklə seçiləcək. Belə ki, bu il qalib əsərlər ənənəvi kitabı formatından əlavə, həm də elektron kitab formasında çap olunaraq bütün elektron və mobil cihazlar vasitəsilə oxuna biləcək.
“Bakcell Azərbaycan şirkəti olaraq Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına dəstək göstərməyi özünün vacib missiyası hesab edir. Milli Kitab Mükafatı bu sahədə ən vacib təşəbbüslərdən biridir və biz bu layihəni dəstəkləməkdən çox məmnunuq. Ötən il Milli Kitab Mükafatının qalibləri müəyyən olunarkən biz elan etmişdik ki, bu gün internet vasitəsilə təhsilin geniş vüsət aldığı bir dövrdə elektron kitablara tələbat artmaqda davam edir və biz bu prosesə öz töhfəmizi vermək niyyətindəyik. İndiyə qədər Azərbaycan dilində çox az sayda kitabları elektron formatda əldə etmək olardı. Bunu nəzərə alaraq, biz Azərbaycan ədəbiyyatının rəqəmsal infrastrukturunun təbliğatına dəstək göstərməyi qarşımıza məqsəd qoyduq və verdiyimiz vədi yerinə yetirdik”,- deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
MKM-in təsisçisi Nigar Köçərlinin sözlərinə görə, Mükafatın nizamnaməsində və münsiflər heyətinin tərkibində bəzi dəyişiklər olsa da, ümumi konsepsiyası dəyişilməzdir: “Bu bir “körpü” konsepsiyasıdır. Gənc və yaşlı, azərbaycandilli və rusdilli, müxtəlif ədəbi cərəyanları, Bakı və bölgə yazıçılarını birləşdirən bir körpüdür”.
MKM 2012 layihəsinin rəsmi təqdimat mərasimi 28 avqust, 2012 tarixində baş tutacaq. Layihə ilə bağlı ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrindən www.bakcell.com www.facebook.com/bakcell, eləcə də www.mkm.az və www.alinino.az səhifəsindən əldə edə bilərsiniz.
***
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

917