Xalq artistimiz “Urmiya gölü” festivalında çıxış edib
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Almaniyada fəaliyyət göstərən “Urmiya gölü” Komitəsinin təşkilatçılığı ilə keçirilən və rəngarəng proqramla zəngin olan festivalda müxtəlif ölkələrdən (Belçika, Kanada, Rusiya, Almaniya, Türkiyə) dəvət olunmuş qonaqlar və xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak ediblər.
Festival çərçivəsində Haydelberq qalasına yürüş və elmi seminar da təşkil olunub.
Seminarda Almaniya parlamentinin deputatı Rahim Şmidt, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Əli bəy Məhcubi, professor Ulrix Ayxelman, “Urmiya gölü” Komitəsinin üzvləri çıxış ediblər. Çıxışlarda Cənubi Azərbaycandakı Urmiya gölünün qurumaq təhlükəsi ilə üzləşdiyi bir daha diqqətə çatdırılıb.
Festival zamanı Urmiya gölünün tarixini və hazırkı vəziyyətini əks etdirən fotosərgi də nümayiş olunub.
İyul ayının 7-də festival çərçivəsində görkəmli tarzən, Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyevin solo konserti böyük marağa səbəb olub. Tarzən və onu müşayiət edən pianoçu Gülçin Aslanovanın ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayan konsert proqramı 3 saata yaxın davam edib. Professor Ramiz Quliyev Azərbaycan klassik muğamları və milli musiqimizin gözəl nümunələri olan xalq mahnılarımızı böyük məharətlə səsləndirərək, dinləyicilərdə xoş ovqat yaradıb.
Ramiz Quliyev 2013-cü ildə Berlində daha geniş formatda keçiriləcək növbəti festivala dəvət olunub.
Jalə

Oxşar yazılar

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10