“Bizə ideya lazımdır” –
Lent.az-ın məlumatına görə, festival "Bizə ideya lazımdır" devizi ilə keçirilir. İyul ayının 12-dən ssenarilərin qəbuluna başlanılıb və bu mərhələ 1 ay ərzində davam edəcək. 1 ayın tamamında peşəkar münsiflər heyəti tərəfindən 12 ən yaxşı ssenari müəyyən olunacaq.
Ümumilikdə 4 ay davam edəcək festivalın növbəti mərhələsində rayonların ssenarilər üzrə bölgüsü aparılacaq və seçilən truppalarla məşqlər, ustad dərsləri təşkil olunacaq. Sonuncu ayda isə seçilən truppaların iştirakı ilə yaradıcı düşərgənin ("Art camp") keçirilməsi nəzərdə tutulub. 3 gün davam edəcək düşərgədə ustad dərsləri, məşqlər, əyləncəli oyunlar təşkil olunacaq. Düşərgənin başqa bir məqsədi isə gənclər arasında ünsiyyətin və yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır.
Sonda 3 gün ərzində tamaşalara baxış keçiriləcək. Peşəkar münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşəcək və mükafatlandırılacaq. I yerin qalibinə 3000 AZN, II yerin qalibinə 2000 AZN, III yerin qalibinə isə 1000 AZN mükafat veriləcək. Bundan başqa müxtəlif nominasiyalar üzrə də qaliblər müəyyən olunacaq. Bunlar ötən ildə olduğu kimi "Ən yaxşı ssenarist", "Ən yaxşı rejissor işi", "Ən yaxşı baş rol ifaçısı", "Ən yaxşı aktrisa" və s. olacaq.
Festivalda 12 truppanın iştirakı planlaşdırılır. Onlardan 6-sı paytaxtdan, 6-sı isə bölgələrdən olacaq. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru isə Ramil Ağasıyevdir.
Ssenariyə olan tələblər: Ssenarilər pyes formasında və Azərbaycan dilində olmalıdır.
Komandalara olan tələblər: Festivalda iştirak üçün üzvləri 12-30 yaşında və 10 nəfərə qədər olan peşəkar və həvəskar yaradıcı qruplar müraciət edə bilərlər.
Tamaşalara qoyulan tələblər: Tamaşaların xronometrajı 1 saatadək olmalı, səhnə dekorasiyaları minimalizm prinsipinə əsaslanmalı və qısa zamanda daşına və qurula bilməlidir. Tamaşalara janr məhdudiyyəti yoxdur.
Təşkilat komitəsi tərəfindən təsdiq olunan tamaşa yaxud yaradıcı qrup festival zamanı dəyişdirilə bilməz.
Qeyd edək ki, festival Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olaraq həyata keçirilir.
Festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.
Festivala ssenarilər avqust ayının 12-ə qədər [email protected] ünvanında qəbul olunur. Əlavə məlumat üçün isə (012)562 3639 və (070) 399 3639 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.
Ötən il festival Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunaraq vətənpərvərlik mövzusnda keçirilmişdi.
Layihənin informasiya dəstəkçiləri Lent.az İnformasiya Agentliyi, guney.az xəbər portalı və Araz FM radiosudur.
Jalə

1387