Türkiyəli məşhur aktyor azərbaycanca öyrənəcək
“Azərbaycan dilində öyrənməyə çalışacağam”.
Lent.az-ın məlumatına görə, bunu Türkiyənin məşhur “Öyle bir geçer zaman ki” serialında Mete xarakterini canlandıran Aras Bulud İynemli jurnalistlərə açıqlamasında deyib. Yazıçı Elçinin romanı əsasında çəkiləcək “Mahmud və Məryəm” filmində Mahmud obrazını canlandıracaq Aras filmdə oynayacağı rolundan danışıb. Bildirib ki, roldakı Mahmudla həyatdakı Aras arasında bir çox fərq var: “Çox həyəcanlıyam. Əslində hər birimizin həyatında ola biləcək bir sevgi hekayəsidir. Biz burda sevgiylə bərabər, eyni zamanda savaş, aclıq, çarəsizliyi göstərəcəyik. Oynayacağım rol Mahmud obrazıdır. Çox gülərüzlü, saf bir xan oğludur. Mən özüm bu zamana kimi belə bir sevgi yaşamadım. Bu, bir əfsanədir. Hazırda bir sevgilim var və münasibətimiz davam edir. Mahmud hər zaman mücadilə edir, mübarizə aparır. Aras isə şəhər, iş həyatına uyğunlaşıb”.
Paytaxtımızı çox bəyəndiyini etiraf edən aktyor üç həftə Azərbaycanda olacağını söyləyib: “Azərbaycanı, paytaxt Bakını çox bəyəndim. Fəvvarələr meydanını gəzdik. Bu gözəlliyi yaradanların ürəklərinə və əllərinə sağlıq. Bir neçə ildir, çox gərgin iş nəticəsində ortaya çıxan mükəmməl işi görürəm. Qardaş ölkəni belə görmək çox sevindiricidir”.
Jalə

782