Xalq artisti bacısı oğlu ilə yarışdı –
18 iyul 2012 14:20 (UTC +04:00)

Xalq artisti bacısı oğlu ilə yarışdı –

ATV telekanalında yayımlanan “Canlı səs” verilişinin növbəti çəkilişi baş tutub. Lent.az-ın məlumatına görə, bu dəfə xalq artisti Mələkxanım Əyubova və bacısı oğlu, “Xalq ulduzu” yarışmasının ikincisi olan Mirkamil Kamilov səhnəyə çıxıb. Cavid Gülün aparıcılığı ilə yeni formada təqdim edilən verilişdə xalq artisti sevilən ifalarını təqdim edib.

Jurnalistlərin suallarını cavablandıran Mələkxanım Əyyubova indiyədək bir çox ilklərin onun adı ilə bağlı olduğunu etiraf edib. Səhnədə ilk dəfə milli libas geyindiyini deyən xanəndə qastrol səfərlərinin sayına görə də öndə olduğunu deyib. Təkcə bu il ərzində 7 dən çox qastrol səfərində olduğunu, xarici ölkələrdə konsert proqramı ilə çıxış etdiklərini söyləyib.

Xanəndə Cabbar Qaryağdı adına muğam üçlüyü – xalq artisti Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) müşayiəti ilə muğamlarımızı səsləndirib.

Daha sonra ifa etdiyi mahnıları Möhlət Müslümovun rəhbərlik etdiyi Əhməd Bakıxanov adına xalq çalğı alətlərinin müşayiəti ilə səsləndirib.

Digər iştirakçı Mirkamil Kamilov isə “Xalq ulduzu” yarışmasında çıxış etməklə işini bitmiş hesab etməkdə, tənbəllik və laqeydlikdə günahlandırılıb. Proqramda ekspert kimi əyləşən Mirkamilin müəllimi Teymur Əmrah da tələbəsinin yüksək səs imkanlarının olduğunu söyləsə də, onun tənbəlliyindən şikayətlənib.

Bir çox maraqlı məqamların yer aldığı veriliş iyulun 18-i, saat 21:00-da efirə gedəcək.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463

Oxşar yazılar