Keçmiş jurnalistin diski işıq üzü gördü
Mədəniyyət yazarı kimi tanınan keçmiş jurnalist Sevinc Akifqızının diski işıq üzü görüb. Müəllifin Lent.az-a verdiyi xəbərə görə, bu yaxınlarda “Səbuhi” studiyası tərəfindən hazırlanan “Nə bilirsən, Nə çəkirəm?” adlı diskində bir çox şeirləri yer alıb. Əsas mövzusu ana və məhəbbət haqqında olan şeirlərini tanınmış xanəndə Elnarə Abdullayeva, müğənnilər Sədaqət, Səyyad Əlizadə, Tağı Salahoğlu, Rübabə və başqaları ifa edib.
Sevinc Akifqızı ilk diski haqqında məlumat verib: “Ana və məhəbbət mövzusuna müraciət etməyimə səbəb budur ki, bizi dünyaya gətirən yeganə varlıq Anadır. Bizi yaşadan, ruh verən isə anaya, vətənə, övlada və yaxınlarımıza olan sevgidir”.
Müəllif, şou-biznes nümayəndələrinə eyhamlı sözlər də ünvanlayıb: “Müğənniyəm” deyib, şou aləmində hay-küy salanları yağışdan sonra artan göbələklərə bənzədirəm. Çox arzu edərdim ki, Azərbaycan poeziyasında daha sanballı şeir müəlliflərinin sayı çox olsun ki, müğənnilərimiz şeir qıtlığı çəkib mənasız sözlərə müraciət etməsinlər".

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06