“Azərinlə bir Avaz”
Gələn həftədən Türkiyənin TRT Avaz kanalında Azərbaycanın əməkdar artisti Azərin yeni formatda və yeni üslubda müəllif proqramı ilə efirə çıxacaq. Lent.azın verdiyi xəbərə görə, “Azərinlə bir Avaz” adlanan veriliş Türk Coğrafiyasının ortaq mədəniyyətini təbliğ edəcək. Proqram boyu təkcə Azərbaycan mədəniyyəti deyil, bütünlükdə Türk ölkələrinin mədəniyyəti, ədəbiyyatı, musiqisi, tarixi barədə geniş məlumatlar veriləcək. Verilişə qonaq olacaq şəxslərlə türkdilli ölkələrin mədəniyyəti müzakirə olunacaq.
Canlı yayımlanacaq verilişə qoşulmaq istəyən tamaşaçılar Facebook, Twitter və digər sosial şəbəkələr vasitəsilə fikirlərini bölüşə bilərlər. Əməkdar artist bildirib ki, aparıcılıq etdiyi veriliş interaktiv xarakterli olduğundan tamaşaçılar irad və təkliflərini onlara çatdıra bilərlər.
Proqram həm əyləncəli, həm də maarifləndirici xarakter daşıyacaq. Veriliş həftənin çərşənbə günləri Azərbaycan saatı ilə saat 22.00 da yarımlanacaq.
Xatırladaq ki, Azərin 3 il boyunca Türk telekanalında fəaliyyət göstərib və bu müddətdə Azərbaycan mədəniyyəti, musiqisi barədə xeyli sayda məlumatlar çatdırıb.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06