Qənirə Paşayeva II Böyük Rumeli Balkan Festivalında çıxış edib
Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bursada keçirilən II Böyük Rumeli Balkan Festivalında iştirak edib.
Lent.az-ın verdiyi məlumata görə, Mustafa Kamal Atatürk adına mərkəzi şəhər stadionunda düzənlənən tədbirə Türkiyənın hökumət, parlament nümayəndələri ilə yanaşı Balkan ölkələrindən, eləcə də dünyanın müxtəlif bölgələrindən gəlmiş türk əsilli nazirlər, millət vəkilləri, bələdiyyə başqanlarının, minlərlə yerli sakin qatılıb.
Festivalda çıxış edən Qənirə Paşayeva diqqəti Azərbaycan torpaqlarının işğalı faktına və bu faktın bütün Türk Dünyasını təhdid edən bir təcavüzkarlıq aktı olduğuna yönəldib. İştirakçıları Qarabağ uğrunda mübarizədə azərbaycanlı qardaşlarının haqq səsini eşitməyə səsləyən Qənirə Paşayeva qaçqın və məcburi köçkünlərin durumunun, işğal altındakı ərazilərdəki milli, tarixi mədəniyyət abidələrinin dağıdılması və “erməniləşdirilməsi”nin – özgələşdirilməsinin, ümumən işğal faktının davam etməsinin yalnız Azərbaycanın milli məsələsi olmadığını, bir insani problem olduğunu söyləyib. Millət vəkili Balkanlardan, Rumelidən bir zamanlar Türkiyəyə pənah gətirmiş köçkün, qaçqın düşmüş türklərə üz tutaraq deyib ki, “sizi bizim qədər yaxşı anlayan olmaz, çünki biz eyni kədəri yaşayırıq”.
Qənirə Paşayeva Türk gəncliyini fikir birliyinə çağırıb. Atatürkün “Azərbaycanın acısı bizim acımız, sevinci bizim sevincimiz”, Heydər Əliyevin “biz bir millət, iki dövlətik” kəlamlarını xatırladan millət vəkili gücümüzün birlikdə olduğunu vurğulayıb: “Böyük Rumeli, Balkan festivalları artıq ikinci ildir keçirilir. İnşallah, birlikdə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcəyik. Arzu edirəm ki, üçüncü il şölənlərini hamımız birlikdə Qarabağımızda keçirək!”

622