“18 sentyabr Üzeyir Musiqi Günüdür, Milli Musiqi Günü yox”
“18 sentyabr tarixinin öz adı var. Bu gün Üzeyir Musiqi Günü adlanır, Milli Musiqi Günü yox. Hər kəs də buna düzgün şəkildə riayət etməlidir”. Bunu Lent.az-a açıqlamasında üzeyirşünas, uzun illər Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru olmuş Səadət Qarabağlı deyib.
Səadət Qarabağlı bəzi yerlərdə 18 sentyabrın Milli Musiqi Günü kimi təqdim olunmasına kəskin etirazını bildirib. Onun sözlərinə görə, mərhum prezident Heydər Əliyevin dahi Üzeyir Hacıbəylinin 110 illik yubileyi münasibətilə 1995-ci il 17 sentyabr tarixində imzaladığı sərəncama əsasən, 18 sentyabr Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunur: “Amma bəzi təşkilatlar, televiziyalar, mətbuat orqanları bu günü Milli Musiqi Günü adlandırır. Milli musiqi gününü hər gün qeyd etmək olar. Milli musiqini hər gün dinləmək mümkündür. Amma 18 sentyabr Üzeyir bəyin doğum günü ilə bağlı olduğundan Üzeyir Musiqi Günü adlanır. Və həmin gün də əsasən Üzeyir bəyin əsərləri ifa olunmalıdır. Bununla bağlı xüsusi sərəncam verilib. Zəhmət çəkib həmin sərəncamı yenidən diqqətlə oxusunlar və heç bir yanlışlığa yol verməsinlər”.
S. Qarabağlı qeyd edib ki, mədəniyyət və turizm nazirinin bu günlə bağlı imzaladığı əmrlərdə tarix sərəncamdakı kimi qeyd olunur. Lakin başqa təşkilatlar hansı səbəbdənsə təhrifə yol verirlər: “Biri Milli Musiqi günü deyir, başqası Musiqi günü. Bilmirəm, bunu bilə-bilə edirlər, yoxsa yox. Amma onu bilirəm ki, 18 sentyabr Üzeyir Musiqi Günüdür. Bunu birdəfəlik yadda saxlasınlar. Bu məsələyə ciddi yanaşmaq lazımdır, laqeyd, məsuliyyətsiz yox. Bu yanlışlıq tək Üzeyir bəyə yox, həm də Heydər Əliyevin sərəncamına hörmətsizlikdir”.
Üzeyirşünas artıq bir neçə ildir bəstəkarın adı ilə bağlı festivalın keçirilməsini də yüksək qiymətləndirib. Onun fikrincə, bu cür beynəlxalq tədbirlərin keçirilməsi dahi bəstəkarın yaradıcılığının dünyada təbliğ olunması üçün əhəmiyyətli addımdır: “Hələ 2008-ci ildə “Xalq” qəzetinə müsahibəmdə qeyd etmişdim ki, Üzeyir bəyin adı ilə bağlı beynəlxalq müsabiqələr, festivallar keçirilməli, əsərlərinin külliyatı nəşr olunmalıdır. Şükür olsun ki, 2009-cu ildən Azərbaycanda Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı keçirilməyə başladı. Amma 18 sentyabrın öz adı ilə səslənməsinə də diqqət yetirsələr, çox yaxşı olar”.
Xəyalə MURADLI

2051