Beynəlxalq kitab sərgisinə hazırlıq başa çatır
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-a qədər Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan sərginin hazırlıq işləri başa çatmaq üzrədir. Tədbirin şərtlərinə görə, sentyabrın 15-də iştirakla bağlı sənədlərin qəbulu başa çatıb. İndiyədək Azərbaycandan 88, xarici ölkələrdən 21 çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib.
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var. Buraya kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və s. daxildir.
Sərginin sonunda Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.
Qeyd edək ki, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2009-cu ilin sentyabrında Muzey Mərkəzində keçirilib.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06