Azərbaycan cizgi filmi beynəlxalq festivalda mükafat aldı
17 sentyabr 2011 11:40 (UTC +04:00)

Azərbaycan cizgi filmi beynəlxalq festivalda mükafat aldı

0
Azərbaycan istehsalı olan “Təmiz, natəmiz və biz” cizgi filmi XVI “Qızıl balıq” Beynəlxalq Cizgi Filmləri Festivalının səkkiz ölkə nümayəndələrindən ibarət münsiflər heyətinin “Yüksək peşəkarlığa görə” mükafatına layiq görülüb.


Lent.az-ın məlumatına görə, festivalda filmin ssenari müəllifi Gülşən Tofiq qızı, rejissoru Firəngiz Qurbanova, animatorlar Zemfira və Cavid Əhədovlar, bəstəkar Firudin Allahverdidir. “Qızıl balığ”ın bu ilki proqramında 80-ə yaxın film iştirak edib.

Qeyd edək ki, "Təmiz, natəmiz və biz" cizgi filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar