Gənc Tamaşaçılar Teatrı 2-ci "ArtOkraina" Beynəlxalq Teatr Festivalına dəvət alıb
14 sentyabr 2011 11:25 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı 2-ci "ArtOkraina" Beynəlxalq Teatr Festivalına dəvət alıb

Lent.az-ın məlumatına görə, Polşa, Ukrayna, Belorus, Almaniya, İsveç və digər ölkələrin də iştirak etdiyi Beynəlxalq Teatr Festivalında ölkəmizi Respublikanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı , prezident mükafatçısı Şövqi Hüseynov P.Zyüskindin "Kontrabas" mono-tamaşası ilə təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru mərhum rejissor, Respublikanın Xalq Artisti İrina Perlovadır.

Qeyd edim ki, tamaşa 15 ildir ki, oynanılır. Dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya, Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında mükafata layiq görülüb.

2-ci "ArtOkraina" Beynəlxalq Teatr festivalı 14-21 noyabr tarixində keçiriləcək. "Kontabas" tamaşasının nümayişi noyabr ayının 16-na təyin olunub. Səfərin maliyyə dəstəyi isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Lalə Yusifqızı
# 722

Oxşar yazılar