Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı başlayır
Nazirlikdən Lent.az-a verilən məlumata görə, builki festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunur.
III Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Hollandiya, Avstriya, Cənubi Koreya, Rusiya, Almaniya və Macarıstan kollektivləri, musiqiçiləri də iştirak edəcək.
Festivalın açılış mərasimi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günündə - sentyabrın 18-də filarmoniyada olacaq. Həmin gün Elnarə Kərimovanın rəhbərlik etdiyi “Buta” kamera xoru çıxış edəcək.
Festival çərçivəsində sentyabrın 19-da Azərbaycan Akademik Opera və Balet Teatrında Yekaterinburq Akademik Opera və Balet Teatrının ifasında Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq.
Sentyabrın 20-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Müslüm Maqomayev. Biblioqrafiya” kitabının təqdimat mərasimi baş tutacaq.
Festival sentyabrın 30-da filarmoniyada keçiriləcək Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) konserti ilə başa çatacaq.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06