UNESCO qərargahında Hökumətlərarası işçi qrupunun iclası keçirilir
12 sentyabr 2011 15:42 (UTC +04:00)

UNESCO qərargahında Hökumətlərarası işçi qrupunun iclası keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova iştirak edir.

İşçi qrupunun iclası sentyabrın 14-dək davam edəcək.

Qeyd edək ki, işçi qrupun təsis edilməsi Hökumətlərarası Komitənin 2010-cu ilin noyabrında Nayrobidə keçirilən iclasında qərara alınıb. İşçi qrupun təsis edilməsində əsas məqsəd Reprezentativ siyahıya nominasiyaların sayının artdığını, Katibliyin resurslarının məhdud olduğunu nəzərə alaraq, nominasiya prosesinin təkmilləşdirilməsi üçün mümkün yeni qayda və tədbirlərin müzakirə edilməsindən ibarətdir.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar