Əyyub Quliyev Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinə dirijorluq edib
12 sentyabr 2011 14:12 (UTC +04:00)

Əyyub Quliyev Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinə dirijorluq edib

Lent.az-ın məlumatına görə, festival “Novoe Peredvijniçestvo” Mədəniyyətin Ümummilli İnkişaf Fondu, MDB ölkələri Humanitar Əməkdaşlıq Fondu və Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatı dəstəyi ilə baş tutub. “Novoe Peredvijniçestvo” bədii-maarif proqramının 20 illiyi münasibətilə bu il ilk dəfə olaraq MDB dövlətlərinin Humanitar Əməkdaşlığın Beynəlxalq Fondu (Fondun rəhbəri – Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur) ilə əməkdaşlığa başlayıb. Festivalda Rusiya, Azərbaycan, Qırğızıstan, Moldova və Ukraynadan dəvət olunmuş tanınmış incəsənət xadimləri iştirak ediblər. Festivalın proqramına müxtəlif konsert axşamları, yaradıcılıq gecələri, habelə ustad sinifləri daxil olub. Festival çərçivəsində Görkəmli rəssam, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronovun fərdi sərgisi, Moskvanın “Piyatsola-Studio”, Semen Milşteynin rəhbərliyi Caz-Bend, Moldovanın əməkdar artisti Liliya Şolomey və Ukraynanın əməkdar artisti Oksana Rapotanın konsertləri keçirilib.


Təntənəli bağlanış mərasimində isə beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestri çıxış edib. Konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Gülşən Konuşevanın F. Şopenin fortepiano ilə orkestr üçün 1 saylı konsertinin özünəməxsus ifası tamaşaçıları heyrətləndirib. Birinci şöbənin sonunda Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının solisti, tanınmış müğənni Sadırbek Jumaşov C.Puççinin “Toska” və “Turandot” operalarından ariyaları səsləndirib. Konsertin sonunda isə P.İ. Çaykovskinin 5-ci simfoniyası ifa olunub.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar