Azərbaycan-Türkiyə müştərək filminin çəkilişinə start verilir
Bu barədə Lent.az-a filmin baş məsləhətçisi, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova məlumat verib: “Filmlə əlaqədar çox ciddi hazırlıq görülüb. Filmin rejissoru Mətin Hüseyn sentyabrın 6-da İngiltərədən gələcək. Eyni zamanda quruluşçu rəssamla da danışıqlar aparılır. Türkiyənin çox tanınmış aktyorları filmdə rol alacaq. Lakin tam dəqiqləşmədiyi üçün adların deməyəcəyəm”.
Məlahət Abbasova onu da qeyd edib ki, filmin baş qəhrəmanı Məryəm obrazının azərbaycanlı olmasına qərar verilib: “Məryəmi azərbaycanlının oynaması çox böyük fürsətdir. Bu da Məryəmi oynayacaq gənc qızın həyatını dəyişdirə bilir. Onu da deyim ki, filmi “24 kare” film şirkəti və “Salnamə” studiyası birgə hazırlayacaq”.
Aktrisa vurğulayıb ki, filmin Balkan, Ərəb, Avropa ölkələrinə satışı üçün indidən tədbirlər görülür: “Filmin otuz altıdan çox xarici ölkədə eyni anda nümayişi düşünülür. “Mahmud və Məryəm”in məsləhətçisi də mənəm. Filmdə Qəmərbanu rolunu oynayacağam”.
Lalə Yusifqızı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06