Hüseyn Arifin “Seçilmiş əsərləri” təqdim olundu
Lent.az-ın məlumatına görə, sentyabrın 2-də nəfis tərtibatda nəşr olunan kitabın təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən filologiya elmləri doktoru, millət vəkili Nizami Cəfərov belə bir mədəniyyət layihəsinin həyata keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, layihə çərçivəsində Azərbaycanın görkəmli incəsənət, ədəbiyyat və elm xadimlərinin əsərləri, eləcə də folklor nümunələri nəşr olunaraq sənətsevərlərin ixtiyarına verilib. N. Cəfərov Hüseyn Ariflə bağlı xatirələrini də bölüşüb.
Xalq şairi Nəriman Həsənzadə Hüseyn Arif yaradıcılığına nəzər salıb, onun həm də bir insan kimi müsbət keyfiyyətlərindən danışıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə Hüseyn Ariflə atasının yaxın dost olduğunu deyib.
Tədbirdə Hüseyn Arifin şeirləri səslənib, həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olunub.
Qeyd edək ki, Xalq Bankın 2010-cu ildən başlayan “Xalq əmanəti” mədəniyyət layihəsi çərçivəsində xalq rəssamı Böyükağa Mirzəzadə, xalq şairi Məmməd Araz və Azərbaycanın ilk peşəkar qadın rəngkarı, xalq rəssamı Maral Rəhmanzadənin həyat və yaradıcılığına həsr olunmuş nəşrlər işıq üzü görüb.
“Xalq əmanəti” seriyasından olan kitablar hədiyyəlikdir. Bu nəşrlər orta, təhsil müəssisələrinə, uşaq evlərinə, kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklərinə, konsulluqlarına hədiyyə olunur.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06