Azərbaycanlı alim Portuqaliyada Qobustan haqda məruzə oxuyacaq
23 avqust 2011 18:17 (UTC +04:00)

Azərbaycanlı alim Portuqaliyada Qobustan haqda məruzə oxuyacaq

Konfransa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Abasəli Rüstəmov da qatılacaq.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, alim “Qədim Qobustan Günəş Rəsədxanası” mövzusunda elmi məruzə ilə iştirak edəcək. Məruzədə Qobustanın qayıq rəsmlərində əks olunmuş təqvim simvolizminin və 1 nömrəli Qaya obyekti taxçaların “mövsüm ölçmə” (günəş saatı) funksiyalarının tədqiqatlarından danışılır.

Konfransın proqramı əsasən qədim Şumer, Misir, Yunan və Maya astronomiyası və müasir dövrlərdə dənizçilikdə istifadə olunan qədim naviqasiya üsulları, dünya xalqlarının mədəniyyətlərindəki təcrübi astronomiya mövzularını əhatə edir. Konfransda Avropa ölkələrinin arxeoastronomları ilə yanaşı, Hindistan, Rusiya, Qazaxıstan, Gürcüstan və İran İslam respublikasından olan tədqiqatçılar da iştirak edəcək.

Xəyalə
# 599

Oxşar yazılar