Azərbaycan kitabxanaların 77-ci Beynəlxalq Forumunda təmsil olunub
23 avqust 2011 14:50 (UTC +04:00)

Azərbaycan kitabxanaların 77-ci Beynəlxalq Forumunda təmsil olunub

Nazirlikdən Lent.az-a verilən məlumata görə, İFLA-nın 77-ci konfransına dünyanın 140 ölkəsindən qonaqlar gəlib. Konfrans “Kitabxanalar, kitabxana olmağından daha çoxdur: inteqrasiya, innovasiya və informasiya hamı üçün” devizi altında keçirilib. Konfransın ən maraqlı tədbirlərindən biri “Biliklərə imkan açan kitabxanalar” mövzusu olub. Burada əhalini keyfiyyətli kitabxana və informasiya xidməti ilə təmin etmək, informasiyanın yeni növlərinin istifadəsi və yaradılması, informasiyanı əldə etməyin mühümlüyü və yeni biliklərin yaradılması məsələləri öz əksini tapıb.


Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev baş konfransda, milli kitabxanaların direktorlarının konfransında və Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasında, habelə bir sıra aktual bölmələrin işində (rəqəmsal strategiyalar üzrə İFLA-nın Alyansı, biliklərin idarə olunması bölməsi, informasiya savadlılığı bölməsi) iştirak edib.
Konfrans günlərində beynəlxalq Kitabxana Sərgi Yarmarkası təşkil olunub. Bu yarmarkada kitabxana-informasiya sahəsində tətbiq olunacaq yeni texnologiyalar, çap və elektron formada ən yeni nəşrlər sərgilənib.

Xəyalə
# 558

Oxşar yazılar