Anar Behcət: “Atamı Gəncəyə çatdıra bilmədik...”
19 avqust 2011 10:38 (UTC +04:00)

Anar Behcət: “Atamı Gəncəyə çatdıra bilmədik...”

Rövşən Behcətin oğlu Anar Behcətin Lent.az-a verdiyi məlumata görə, vida mərasimindən sonra müğənni “İmamzadə” qəbiristanlığında ailə üzvlərinin yanında dəfn olunacaq.

Anar Behcətin sözlərinə görə, atası bu gecə Gəncəyə aparılarkən elə yoldaca vəfat edib: “Son günlər vəziyyəti ağırlaşmışdı. Öz həkimi də dedi ki, artıq ümid yoxdu. Ona görə də fikirləşdik ki, aparaq Gəncəyə, öz yurduna, elə oradaca gözlərini yumsun. Çünki uzun illər atam Gəncədə yaşayıb və fəaliyyət göstərib. Qohumlarımızın da əksəriyyəti orada yaşayır. Amma Gəncəyə çatdıra bilmədik. Elə yoldaca dünyasını dəyişdi”.

Xəyalə Muradlı
# 743

Oxşar yazılar