“Halay” ansamblı Macarıstana gedir
0
0
Avqust ayının 12-dən 22-ə qədər Macarıstanın Sazhalombatta şəhərində ənənəvi Beynəlxalq Folklor Festivalı keçiriləcək. 20-dən çox ölkənin folklor kollektivlərinin iştirak etdiyi festivala Azərbaycan da qatılacaq. Lent.az-ın məlumatına görə, Azərbaycanı festivalda Masallı rayonunun “Halay” rəqs qrupu təmsil edəcək.
Musiqiçilərimizin ilk çıxışı avqustun 13-də, festivalın açılış mərasimində olacaq. “Halay” festival günlərində Sazhalombatta şəhəri ilə bir sırada Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış edəcək.
Müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansambllarının qatıldığı bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.