Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “Qaynar xətt”inə 57 zəng daxil olub
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “Qaynar xətt”inin 2011-ci ilin 1-ci yarım ili üçün statistik hesabatı açıqlanıb. Lent.az-ın idarənin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qaynar xətt”ə 2011-ci ilin 1-ci yarım ili ərzində ümumi 57 zəng daxil olub. Daxil olan zənglərdən 14-ü şikayət , 43-ü müraciətdir.
Daxil olan şikayətlərdən 7-si Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, 7-si isə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdən gəlib və aidiyyatı üzrə yönəldilib.
Məlumata görə, “Qaynar xətt”ə işlə əlaqədar daxil olan 43 müraciətdən 34-ü işlə təmin edilib. Onlardan 19-u kitabxanaçı, 4-ü fortepiano müəllimi, 3-ü skripka müəllimi, 2-si tar müəllimi, 1-i böyük biblioqraf, 1-i böyük redaktor, 1-i kompüter operatoru, 1-i kamança müəllimi, 1-i qarmon müəllimi və 1 nəfər musiqi nəzəriyyəsi müəllimi vəzifələrinə işə qəbul olunublar. 4 nəfər qeyri-ixtisas təhsilli olduğu üçün işlə təmin oluna bilməyib. Lakin onlara lazımi məsləhətlər verilərək, ixtisasları üzrə düzgün istiqamətə yönəlmələri üçün yardım edilib. Digər 5 nəfərə isə işlə əlaqədar müəyyən təkliflər olunsa da, bundan imtina etdikləri üçün işlə təmin olunmayıblar.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “Qaynar xətt”i öz fəaliyyətini davam etdirir, şikayət və müraciətləri 492 44 33 nömrəli telefonda qəbul edir.

Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52