Azərbaycanlı rəssam XIV TÜRKSOY Rəssamlar Görüşünə gedir
05 avqust 2011 18:52 (UTC +04:00)

Azərbaycanlı rəssam XIV TÜRKSOY Rəssamlar Görüşünə gedir

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, bu il 14-cü dəfə keçirilən Rəssamlar Görüşündə Azərbaycandan istedadlı rəssam Əlyar Alımirzəyev iştirak edəcək.

Çəkilmiş rəsmlər TÜRKSOY mədəniyyət nazirləri tərəfindən qiymətləndiriləcək və birinci yerə layiq görülən əsərin sahibinə TÜRKSOY tərəfindən 3000 ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Tədbirin sonunda rəssamların əsərləri TÜRKSOY-a hədiyyə olunaraq, təşkilatda saxlanılacaq.

Xatırladaq ki, TÜRKSOY rəssamlar görüşləri 1997-ci il türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Toplantısında qəbul olunmuş qərarla keçirilir. Hər il düzənlənən görüşlərə türk dünyasının dörd bir yanından tanınmış və istedadlı rəssamlar qatılır. Bu günə kimi TÜRKSOY-a təqdim olunan rəsm əsərlərinin sayı 700-ü keçib. Sayı ildən ilə artan bu kolleksiyanın zamanla TÜRKSOY Rəsm Muzeyinə çevrilməsi nəzərdə tutulub. Həmin əsərlər dünyanın önəmli mədəniyyət və incəsənət mərkəzlərində sərgilənir, hər dəfəsində sənət sevərlər tərəfindən böyük maraqla qarşılanır. Görüşlər zamanı çəkilən əsərlərin kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir.
Xəyalə
# 540

Oxşar yazılar