
“Günay” Uşaq Teatrı Bolqarıstandan mükafatla qayıdıb
Festival-müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən yaradıcılıq studiyasının “Günay” Uşaq Teatrı təmsil edib. Teatrdan Lent.az-a verilən məlumata görə, “Günay” Uşaq Teatrı festivalda qazandığı mükafatların sayına görə lider olub. Teatr festivala 6-18 yaş arası 15 iştirakçı ilə qatılıb. Balaca təmsilçilərimiz burada aktyor, rəqqas, vokal ifaçısı kimi bacarıqlarını nümayiş etdiriblər. Festivalda Aleksandr Puşkinin əsəri əsasında hazırlanmış “Balıqçı və balığın nağılı” tamaşasını göstərən balaca sənətkarlarımızın çıxışı alqışlarla qarşılanıb.
Bu festivala ilk dəfə qatılan “Günay” Uşaq Teatrının istedadlı üzvləri Rusiya, Polşa, Ukrayna və Bolqarıstanın peşəkar mədəniyyət və incəsənət ustalarının ustad dərslərinə də qatılıblar.
Bu festivala ilk dəfə qatılan “Günay” Uşaq Teatrının istedadlı üzvləri Rusiya, Polşa, Ukrayna və Bolqarıstanın peşəkar mədəniyyət və incəsənət ustalarının ustad dərslərinə də qatılıblar.
Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27