“Azərbaycan odlar yurdu” filmi hazırdır – FOTO
28 iyul 2011 17:24 (UTC +04:00)

“Azərbaycan odlar yurdu” filmi hazırdır – FOTO

Azərbaycan Kinorejissorlar Gildiyasından Lent.az-a verilən məlumata görə, film ən son kino texnologiyanın nailiyyətlərindən bəhrələnərək “RAW” formatında Almaniyanın Münhen şəhərində “ARRİ GROUP” Şirkətilə birgə istehsal olunub. Xarici diplomatların və səfirlərin ölkəmiz haqda daha geniş məlumat əldə etmələri üçün hazırlanan film artıq Xarici İşlər Nazirliyinə təhvil verilib. Sənədli ekran əsəri xaricdə yayımlanmaq üçün 8 dilə tərcümə olunub və 1000 nüsxə çap edilib.

Tammetrajlı (52 dəqiqə) filmdə Azərbaycanın qədim tarixi və mədəniyyəti öz əksini tapıb. Filmin müəyyən hissələri 2010-cu ildə Çinin Şanxay şəhərində Çin dilində “EXPO- 2010” Ümumdünya sərgisində respublikamızı təqdim edən pavilyonda nümayiş etdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Filmin rejissoru və prodüseri İsrafil Ağazadə “ARRİ GROUP” Şirkəti tərəfindən xüsusi mükafatla qiymətləndirilib.
Xəyalə
# 1255

Oxşar yazılar