Xan Şuşinskinin 110 illik yubileyidir
Bu il Azərbaycan muğam sənətinin korifeyi, xalq artisti Xan Şuşinskinin yubiley ilidir. Avqustun 20-də böyük sənətkarın 110 yaşı tamam olur. Bununla əlaqədar olaraq sənətkarın ailə üzvləri tərəfindən Xan Şuşinski Fondu yaradılacaq.
Fond barədə Lent.az-a açıqlama verən Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva bildirib ki, təşkilatın yaradılması üçün lazım olan bütün sənədlər artıq Ədliyyə Nazirliyinə təqdim olunub: “Əslində xeyli müddətdir fondun yaradılması üzərində iş gedir. Lazımi sənədləri də çoxdan təqdim etmişdik. Ancaq müəyyən problemlər oldu və biz sənədləri yenidən Ədliyyə Nazirliyinə təqdim etdik. Təxminən bir aya bizə konkret cavab veriləcək və heç bir problem olmazsa, fond fəaliyyətə başlayacaq”.
B. Verdiyeva Xan Şuşinskinin yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbir keçiriləcəyini də bildirib: “Bizdə olan məlumata görə, oktyabr ayında yubiley tədbirinin keçirilməsi planlaşdırılır. Yəqin ki, bununla əlaqədar olaraq Əbülfəs Qarayev bizi qəbul edəcək. Ümid edirəm ki, atamın 110 illik yubileyi də onun adına layiq şəkildə yüksək səviyyədə qeyd olunar. Çünki 2001-ci ildə mərhum Heydər Əliyevin sərəncamı ilə 100 illik yubiley dövlət səviyyəsində keçirildi”.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27