Belçikada yaşayan musiqiçimiz xeyriyyə konserti verib
Lent.az-ın məlumatına görə, bu, Belçika səfirliyi ilə "Buta" İncəsənət Mərkəzinin birgə təşkil etdiyi ikinci konsertdir. Konsertdə Nezrin Fikrət Əmirov musiqisinin caz improvizasiyalarını və öz mahnılarını ifa edib. Dayısı, məşhur caz ifaçısı Cəmil Əmirov xüsusi olaraq, bu tədbir üçün onun ansamblında ifa edib.
Qeyd edək ki, konsertdən əldə edilən gəlirlər zorakılığın qurbanı olan, qanunla bağlı problemlər yaşayan və təcili qayğı və mühafizəyə ehtiyacı olan uşaqlara yardım üzrə Qaynar Xətt layihəsinə köçürüləcək.
Nezrin Belçikada yaşayır, belçikalı musiqiçilərlə birgə çalışaraq, öz müğənnilik karyerasını davam etdirir. Mahnılarını, əsasən fransız dilində yazır, bununla yanaşı, babası Fikrət Əmirovun məşhur vokal əsərlərindən bəzilərini aranjeman edib.
Belçikanın Azərbaycandakı səfiri Lük Truyens konsert haqqında fikir bildirərək deyib: "Nezrinin iki konsertini keçirməyə müvəffəq olmaq bizi çox sevindirir. İkinci konsert iyulun 21-də bizim milli bayramımıza həsr olunmuş tədbirdə qonaqlarımız üçün keçiriləcək. Nezrin iki ölkə arasında körpü yaradır. Azərbaycanda məşhur musiqiçilər ailəsində anadan olmuş Nezrin Belçika cəmiyyətinə tam inteqrasiya olub və öz sənətində hər iki xalqın musiqisini sintez edir. Bununla yanaşı, bu, bizim “Child Helpline Services” (uşaqlara yardım üzrə Qaynar Xətt layihəsi) üçün "Buta" İncəsənət Mərkəzi ilə birgə həyata keçirdiyimiz ikinci tədbirdir və biz hər iki təşkilatla peşəkar əməkdaşlıqdan çox məmnunuq".
"Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev isə qarşıda duran tədbirlə bağlı şərhində deyib: "Ötən ildən bəri bu, “Culture Helpline{ silsiləsindən olan sayca üçüncü konsertdir və onun ikisi Belçika səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilib. "Buta" İncəsənət Mərkəzi festivalların təşkilindən film istehsalına qədər yeni istiqamətləri daim inkişaf etdirir. Bizim ekspertlər heyətinə müxtəlif sahələrdə təcrübəsi olan peşəkarlar, gənc və enerjili istedadlar daxildir. Mərkəz gələcəyin qayğısına qalan, hər bir insanın və bütünlükdə hər bir xalqın mədəni dəyərlərini, irsini qorumaq üçün əlindən gələni əsirgəməyən insanları bir araya gətirir ki, bu da tədbirin təşkilində iştirakçı olmaqla fəxr etməyimiz üçün əsas verir".
Lalə Yusifqızı

762