Azərbaycan xalçaları Amerikada satılacaq
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və “Azərbaycan xalçaçıları” İctimai Birliyi Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru, Qarabağ Fondunun Direktorlar Şurasının sədri, siyasi elmlər namizədi Adil Bağırovla görüş keçirib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan xalçalarının ermənilər tərəfindən özününküləşdirilməsi məsələsinə toxunan muzeyin direktoru RöyaTağıyeva, bu yöndə hansısa addımların atılmasının vacibliyini vurğulayıb. Adil Bağırov, eyni zamanda görüşdə iştirak edən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bu istiqamətdə lazımi köməyi göstərəcəklərini deyiblər.
A. Bağırov Azərbaycan xalçalarının Amerikada satılması ideyasını irəli sürüb. O bildirib ki, fond tərəfindən Vaşinqtonda “Azərbaycan xalçaları” aylığı çərçivəsində silsilə tədbirlər keçirilir, bu sərgilərdə Azərbaycan xalçaçılıq məktəbi və bu qədim sənətin ənənələri haqqında məlumatlar verilir.
R. Tağıyeva isə qeyd edib ki, artıq xeyli müddətdir Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi “Azərbaycan xalçaçıları” İctimai Birliyi və Qarabağ Fondu ilə əməkdaşlıq edir: “Ümidvarıq ki, bundan sonra əməkdaşlığımız daha da genişlənəcək. Bu məqsədlə muzey və “Azərbaycan xalçaçıları” İB tərəfindən əməkdaşlıq proqramı hazırlanıb. Proqrama əsasən ilkin olaraq “Əjdahalı xalçalarla Böyük İpək yolunda” sərgisinin təşkil olunması təklifi irəli sürülüb. Böyük İpək Yolu Azərbaycan xalçasının təşəkkülü və inkişafında böyük rol oynayıb. XIII əsrdə Azərbaycan Çinlə sıx ticari-iqtisadi və mədəni əlaqələr saxlayırdı. Bu dövrdə Azərbaycan dekorativ tətbiqi sənətində Çin motiv və süjetləri meydana çıxıb. Bu motivlər arasında Azərbaycan xalçalarında dolğun əks olunan əjdaha təsviri daha çox yayılıb. Əjdahalı xalçaların motivlərinin mənbəyi Böyük İpək yolu ilə gətirilən Çin farfor və toxuculuq məmulatları idi”.
Görüşdə Şuşa şəhər İcra Hakimiyyətinin, Şuşa şəhər Mədəniyyət Şöbəsinin, işğal altında olan rayon muzeylərinin əməkdaşları və digər qonaqlar da iştirak edib.
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır. Fondun əsas məqsədi Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin mədəniyyətini, incəsənətini, memarlığını, mətbəxini, tarixini Amerikada təmsil etməkdir.

1611