Argentinadakı sərgidə Azərbaycan nəşrləri təqdim olunur - FOTO
21 aprel 2011 12:09 (UTC +04:00)

Argentinadakı sərgidə Azərbaycan nəşrləri təqdim olunur - FOTO

Azərbaycan ilk dəfə olaraq Latın Amerikasının ən iri nəşriyyat və mədəniyyət tədbirlərindən olan “37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası”nda iştirak edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfirliyi 20 aprel 2011-ci il tarixində Latın Amerikasının ən iri mədəniyyət və nəşriyyat tədbirlərindən olan 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasının (La Feria Internacional del Libro de Buenos Aires) rəsmi açılışı olmuşdur. Sərginin açılışında Argentina hökumətinin, Buenos-Ayres şəhərinin rəsmiləri və 2010-cu il Ədəbiyyat üzrə Nobel Mükafatçısı olan perulu yazıçı Mario Vargas Llosa çıxış edir.
İlk dəfə olaraq ölkəmiz Buenos-Ayresdəki səfirliyimizin təşkilatçılığı ilə “AZƏRBAYCAN” stendi ilə bu sərgidə iştirak edibr. Milli memarlıq və ənənələrimizə uyğun qurulmuş “AZƏRBAYCAN” stendində ölkəmizin tarixinə, mədəniyyətinə, incəsənətinə, mətbəxinə, Azərbaycanın müasir mərhələsinə, davamlı inkişaf prosesinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına aid müxtəlif dillərdə kitab, jurnal və digər nəşriyyat vasitələri nümayiş etdirilir. Stenddə Azərbaycan mədəniyyətini və ənənələrini əks etdirən suvenirlərdən ibarət guşələr yaradılmış, habelə müvafiq film və çarxların nümayişi üçün ekranlar quraşdırılıb.
Dünyanın ən iri 5 kitab yarmarkalarından biri, habelə Argentinada ilin aparıcı mədəniyyət və təbliğat tədbiri hesab edilən Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində iştirakçılar tərəfindən konsert, rəqs və teatr proqramları, kitab və digər nəşriyyatların təqdimatı təşkil edilir və Azərbaycan Səfirliyi tərəfindən də ölkəmizin təbliği məqsədilə tədbirlərin keçirilməsi planlaşdırılır.
45,5 min kvadrat metrlik sahədə təşkil olunan bu yarmarkanı hər il bir milyon iki yüz mindən artıq müəllif, yazıçı, şair, tədqiqatçı, tərcüməçi, oxucu və s. ziyarət edir. Bu il yarmarkaya öz stendi ilə 1300-dən artıq iştirakçı qatılıb, onlar arasında Latın Amerikasındakı nəşriyyat evləri, kitab satış şəbəkələri, kitabxanalar, universitetlər, kütləvi informasiya vasitələri, Argentinanın dövlət, əyalət və ictimai təşkilatları, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik missiyalar var. Hər il Argentinanın 1200-ə qədər tanınmış kitabxanası bu yarmarkada kitab alır. Yarmarka 20 apreldən 9 maya qədər davam edəcək.
Yarmarka haqqında ətraflı məlumatlar www.el-libro.org.ar saytında verilib.
# 548

Oxşar yazılar