Mahir N. Qarayev: “Mən xırda despot deyiləm, böyük despotam...” - MÜSAHİBƏ
Şair, tərcüməçi, Milli Kitab Mükafatının eksperti Mahir Qarayevin Lent.az-a müsahibəsi
“Qəm mülkünün hərifləri” – Azərbaycan ədəbiyyatında ilk poetik traktat
- Şair, tərcüməçi, “birinci və sonuncu” adlanan yeganə poetik toplunun müəllifi, Milli Kitab Mükafatının eksperti... Mahir bəy, səni oxuculara daha necə tanıdaq?
- Məncə, elə bu qədər kifayətdir.
- Məsələ ondadır ki, bir müddət ədəbiyyatdan qaçaq düşmüşdün, təzə oxucular səni tanımaya bilərlər. Hətta bəzən cavanlar narazılıq da bildirirlər ki, bu adam kimdir bizim əsərlərimizi qiymətləndirir? Belə şeylər səni qıcıqlandırmır?
- Tanıyan tanıyır, tanımayanları da qınamıram, çünki həqiqətən də bir müddət kənara çəkilmişdim; məni tanımırlarsa, günah özümdədir.
- Mən də belə fikirləşirəm. Ona görə, bəlkə tanışlıq üçün bir az əvvələ qayıdaq? Bəlkə bir az özündən, bioqrafiyandan danışasan?
- “Yaramaz” filmində necə deyir: əvvəl balaca idim, sonra böyüdüm. Mən də doğuldum, böyüdüm, oxudum, işlədim, yazıb-pozdum. İndən belə daha doğulub-böyüməyəcəm, amma o birilərə davam edirəm.
- Bax, məsələn, o vaxtkı işlərindən yadında nə qalıb?
- Hamısını sadalasam, uzun çıxar. Kafkanın Azərbaycan dilində ilk kitabını buraxmışam, Markesin ilk sanballı kitabı da mənim sayəmdə çıxıb. Azərbaycanda çıxan ilk ingilisdilli qəzetin redaktoru, Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin ilk rəhbəri olmuşam. Füzuli, Folkner, Kafka, Rilke, Lorka, Svetayeva, Ramiz Rövşən haqqında xüsusi ədəbi buraxılışlar təsis etmişdim. Bakıda ilk şeirlərim 20 yaşında olarkən Əkrəm Əylislinin rəhbərlik etdiyi «Azərbaycan» jurnalında çıxıb, Əkrəm Əylislinin Əziz Nesin haqqındakı məşhur yazısını da rəhbərlik etdiyim “Yol” qəzetində İlk dəfə mən dərc etdim. 20 yanvar faciəsi barədə o vaxt ilk sərt yazını mən yazdım, 20 noyabr faciəsindən isə xüsusi buraxılış hazırladım. Eldar Ryazanovdan ilk müsahibəni mən götürmüşəm (arxivimdə söhbətimizin üç saatlıq kaseti var) və İlk kitabı ən gec – 50 yaşında çıxan şair də, deyəsən, ilk dəfə mən olmuşam…
- Bax, elə onu soruşacaqdım: ilk kitabında yazmışdın ki, bu həm də sənin sonuncu kitabındır. Amma eşitdim bu günlərdə Şahbaz Xuduoğlu sənin təzə kitabını nəşr edəcək. Bunu vədə xilaf kimi qiymətləndirmək olarmı? Yəni, sözünü geri götürürsən, eləmi?
- Yox, heç də yox. Bilirsən, bu elə hardasa həmin kitabdır. Belə deyim də, təzə kitab Ramiz Rövşənin istəyi ilə, tövsiyəsi ilə çap olunur.
- Yəni, həmin kitab yenidən çap olunur?
- Əvvəlki kitab şeirlərdən, poetik silsilələrdən, tərcümələrdən ibarət bircildlikdir. O vaxt Ramiz bəy kitab haqqında “525-ci qəzet”də geniş yazdı, məni inandırdı ki, sənin poetik mənzərən məhz ordakı beş poetik silsilədə cəmlənib, onları ayrıca nəşr etmək lazımdır. Mən də fürsətdən istifadə edib, onlara bir daha əl gəzdirdim, bir qədər də cilaladım. İki poetik traktat da əlavə etdim: “Qəm mülkünün hərifləri” və “Yerin-göyün Tanrısı”.
- Bu da nə az, nə çox – düz üç il çəkdi. Hazır kitab üçün səncə bu qədər müddət çox deyil?
- Mən çapa heç vaxt tələsmirəm. Çap həmişə mümkündür, xüsusən də indi. Bir yazını ortaya çıxaranacan mənə aylar, illər lazım olur. Belə deyək, bu mənim iş prinsipimdir və bundan zərrəcə peşman deyiləm. Yenə o fikirdə qalıram ki, 50 yaşda bir kitab nəinki az deyil, hətta xeyli çoxdur. Sən üç ildən danışırsan, amma mən təkcə elə “Qəm mülkünün hərifləri”nə ömrümün otuz ilini sərf etsəydim, uf deməzdim. Füzuli sənə zarafat gəlir?! Ramiz Rövşən sənə zarafat gəlir?! Bizim ədəbiyyatda buna bənzər bir şey olmayıb, kitab çıxanda özün oxuyub görəcəksən.
- Mahir bəy, hazırkı kompüter sürətinin müqabilində sənin bu cür “ləngliyinin” səbəbi nədir?
- Mən kompüterdə yazıram, özü də kifayət qədər sürətlə. Kompüter mənə sovet dövrünün makinasını əvəz edib, vəssalam. Amma iş prinsipimi dəyişdirməyib – yazandan sonra yazdığımı oxuyram, ləngliyimin yeganə səbəbi də budur. Əlbəttə, deyə bilərsən ki, çapdan qabaq hamı öz yazısını oxuyur. Bax, elə məsələ də bundadır ki, mən çox oxuyram, hədsiz dərcədə çox. On dəfə yox, yüz dəfə yox – min dəfə oxuyuram. Gün ərzində, ay ərzində, il ərzində yox – üç ilin, beş ilin, on ilin ərzində oxuyuram. Təkcə öz gözümlə yox – zövqünü bəyəndiyim sənətkarların əsərləri ilə müqayisədə, onların gözüylə təkrar-təkrar oxuyuram. Təxminən bu cür.
- Traktatları ilk dəfə eşidirəm, amma Ramiz bəyin qeyd etdiyi o beş poetik silsiləni mən də oxumuşam. Oxumuşam yox ey, gözümə təpmişəm. Beşi də əladır, amma özün hansını daha çox bəyənirsən?
- Qoy bir az təvazökarlıq edim: traktatlarla birgə yeddisi də yaxşıdır. Zarafat öz yerində, amma seçmək çətindir, hərəsi mənə bir cürə əzizdir. Yaxşı, qoy olsun “Vəsiyyət məqamları”.
- Fərq nədədir, yəni niyə məhz onu seçdin?
- Yəqin ona görə ki, mövzu baxımından “Vəsiyyət məqamları” mənə daha məhrəmdir. Mən onu doğmalarıma – oğluma, qızıma, xanımıma üz tutub, həm də o dünyadan üz tutub yazmışam.
- Əvvəlki kitabın necə satıldı?
- Çox yaxşı. Düzü, gözləmirdim. Kitabın belə sürətlə yayılması məni təəccübləndirdi də. Qəribəsi budu ki, mən heç kitabı satışa verməmişdim. Çünki çapa xərcim çıxmamışdı, dostum onu mənə hədiyyə eləmişdi. 50-60 nüsxəni dost-tanışa payladım, sonra elə yerlərdən, elə adamlardan zənglər oldu ki, heç ağlıma gəlməzdi. Nə qədər adam məndən kitab istədi. Ən çox da Ramiz bəyin yazısından sonra. Apardım bir-iki mağazaya, xeyli hissəsini də Tərcümə Mərkəzinə qoydum ki, istəyən gedib götürsün.
- Demək, bu sənin yox, Ramiz Rövşənin xidməti olub…
- Elədir, gərək düzünü deyəsən. Qətiyyən incimirəm, oxucunu da əsla qınamıram. Necə qınayım ki, 30 il qabaq bir-iki qəzet-jurnalda bir neçə şeir çap etdirib, sonra qaçıb “gizlənmişdim”? Özüm belə istəmişdim, oxucu da məni şair kimi unutmuşdu. Ona görə kitabın o tezliklə yayılması məni çaşbaş qoydu. Başa düşdüm ki, kitabı axtaranlar əslində Ramiz bəyin oxucularıdır. Yəni, oxucu fikirləşdi ki, bu kitab haqqında bu sözü Ramiz Rövşən deyirsə, onda bu şairi oxumağa dəyər. Düzü budur.
“Anar və Ramiz Rövşən təkcə peşəkar yazarlar deyil, həm də peşəkar şəxsiyyətlərdir”
- Mahir bəy, səndə Ramiz Rövşənə xüsusi rəğbət, pərəstiş hiss edirəm. Bunu tək mən demirəm. Amma belə şey doğrudanmı var?
- Qoy olsun. Ona qalsa, Əli Kərimi də çox sevirəm. Mən Anarı da, Ramiz Rövşəni də yüksək qiymətləndirirəm və bunu heç vaxt gizlətmirəm. Onlar təkcə peşəkar yazarlar deyil, həm də peşəkar şəxsiyyətlərdir. Bizimlə bir dövrdə yaşadıqları üçün hərdən onlara adi gözlə baxırıq, amma fəhmim məni heç vaxt aldatmayıb: biz bu adamları, bu sonuncu mogikanları sonra çıraqla axtaracağıq.
- Sənin necə şair olduğunu bilənlər bilir. Təvazökarlıq eləmə, kitabın çıxanda tanıyanlar heç də təəccüblənmədi, çünki səndən belə bir kitabı çoxdan gözləyirdik.
- Mən sənə olanı dedim, fakt fatlığında qalır. Başqa bir fakt deyim. Bax, bu yaxınlarda Qulu Ağsəsin poeziya haqqında məruzəsi dinlənildi. Orda mənim adım çəkilməyəndə qətiyyən təəccüblənmədim. Birincisi, ona görə ki, mən Azərbaycanın poetik aləmində həqiqətən də yoxam. İkincisi, bilirəm ki, Qulu mənim şeirlərimi ümumiyyətlə bəyənmir, bəlkə heç məni şair də saymır. Bu təbii haldır və normal yanaşıram. Yəni, Qulu ilə normal münasibətimiz var, mən onun bir neçə şeirini bəyənirəm, özü bilir.
- Mən də Qulunun şeirlərini bəyənirəm, amma inanmıram ki, Qulu sənin şeirlərini bəyənməsin, səni şair saymasın.
- Söhbət Quludan getmir, əksinə, mənim adımı məruzədəki o qədər adın arasına dürtmədiyinə görə, görəndə Quluya təşəkkür də edəcəm. Söhbət ondan gedir ki, mən öz şair imzamla, şair taleyimlə müəyyən qədər istisnayam, axı, kitabın ön sözündə bunu yazmışam. Heç o kitab da çıxası deyildi. Sadəcə, moskvalı dostum onu mənə hədiyyə elədi və Ramizin yazısı olmasaydı, beş-üç nəfərdən başqa heç kəs xəbər tutmayacaqdı. İndi isə daha iş işdən keçib, necə deyərlər, geriyə yol yoxdu.
- Çox gözəl. Bazar iqtisadiyyatıdır, reklamsız da bazar olmur. Ramiz bəyin yazısı həqiqətən yaxşı yazı idi, o yazı sənin təzə kitabının tez satılmasına da təsir edəcək.
- Yəqin ki, belə olacaq. Bilirsən, Zöhrab bəy, sözün açığı, məsələnin bu bazar-reklam tərəfi məni az ilgiləndirir. Markesin mənim üçün bir deviz sözü var: yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Vəssalam. İndi yazıya görə adama qonorar vermrlər, yəni yazmağa məni məcbur eləyən yeganə şey – yazmaya bilməməyimdir. Və yazı masasının arxasına keçəndə yalnız bunu düşünürəm ki, yazıramsa, yaxşı yazmalıyam. Sənə tam səmimi deyim ki, Şahbaz bəyin çap edəcəyi hazırkı “Poetik silsilələr toplusu” həqiqətən yaxşı kitabdır. Mənim əsas borcum o yaxşı kitabı yazıb ortaya qoymaq idi. Onu oxucunun beş gün tez, beş gün gec oxuması isə heç nəyi dəyişmir.
- Mənim xoşuma bilirsən ən çox hansı silsilə gəlir? “İt ömrü”. Bir-iki parça deyə bilərsən ondan?
Bu ömür necə keçdi?!
Necə keçdi bu ömür?!
Tramvayda, gəmidə, təyyarədə sərasər;
Oğurluq qatar kimi gecə keçdi bu ömür –
Çatammadım dalınca, qaçammadım bərabər.
Nə yaxşıdır beləcə unudasan ki, Allah,
Ömrün hamısı ötüb, yoxsa qalıb yarısı?
Ürəyini uşaqtək ovudasan ki, Allah,
Nə qar üstdə izim var, nə üstümdə qar izi...
Pəncərənin pərdəsi hərdən-hərdən yellənir,
Yel əsdikcə güllənir çölün bəyaz, ağ qarı;
Məhəccərin üstündə bir cüt kitab küllənir:
Göy üzü daş saxlamaz... Duinez ağıları...
Ramiz Rövşən üstəgəl Rayner Maria Rilke –
bir kor gözdən süzülən iki qəddar göz yaşı!
Fırlatdığın bu oğlan, bil ki, Marina, bil ki –
dünyanın ilk şairi... dünyanın son əyyaşı...
- Yadında varsa, bir-iki bənd də de.
İlahi, dözüləsi şəhər deyil bu şəhər,
bağışla öz qulunu yerə-göyə, İlahi!
İlahi, bu gecədən çıxart məni birtəhər,
öz quluna rəhm elə – qoyma ölə, İlahi!
Bəlkə öz it dilimdə durum ulayım sənə?!
Hürüm, bütün gecəni quyruq bulayım sənə?!
Uçsun, çatsın, yetişsin
sənə kaş dualarım –
İlahi, bu ulayan, hürən sənə itdi, it!
Rus eli, rus göyüdür,
bəlkə rusca yalvarım:
Pomoqi, Qospod, etu noç projit!...
- Rusca olan bu axırıncı misra kiminkidir?
- Mandelştamın.
- Hə, yadıma düşdü, sən Mandelştamı çox sevirsən.
- Mandelştamı da, onun Sankt-Peterburqunu da. Ötən il düz dörd dəfə oldum orda. Bizdən fərqli olaraq, oranın çayından da, dənizindən də, yağış-buludundan da, duman-sisindən də poeziya süzülür.
“Milli Kitab Mükafatının onluğuna düşməyənlər özlərini birinci yerdə görənlərdi”
- Mahir bəy, bu yaxınlarda sənin də ekspert olduğun Milli Kitab Müsabiqəsinin onluğu açıqlandı. Bir ekspert kimi Azərbaycan nəsrinin hazırkı mənzərəsini necə gördün?
- Mən buna bütövlükdə Azərbaycan nəsrinin mənzərəsi deməzdim. Biz sadəcə olaraq müsabiqəyə təqdim olunmuş əsərlərə baxdıq.
- Hər halda xeyli yazarı, xüsusən də cavanları incitdiniz.
- Bu, təbiidir. Müsabiqəyə əsər göndərənlərin əksəriyyəti nəinki özünü iyirmilikdə, yaxud onluqda, bəlkə də birinci üçlükdə, mükafatçılar sırasında görür. İstək onların hüququdur, amma reallıq ayrı şeydir.
- Şəxsən sən seçimdə öz obyektivliyinə əminsən? Bilirsən, niyə soruşuram? Ekspertləri bir nəfər hətta xırda despotlar adlandırmışdı.
- Hə, eşitdim. Amma o sözü deyən şəxsən məni nəzərdə tutubsa, bir balaca səhv deyib, çünki Cavid əfəndinin sözü olmasın, mən xırda despot deyiləm, böyük despotam. Yazıya qarşı çox amansızam, xüsusən də bədii əsərin dilinə çox tələbkaram, ədəbiyyatın canı onun dilindədir. Mürəkkəbi qurumamış tələsik çap olunan kitablardan isə heç danışmağa dəyməz, ikicə səhifəsinə baxmağım yetər ki, bağlayıb zibil qutusuna tullayım. Təəssüf ki, müsabiqəyə bu cür xeyli cızmaqara göndərilmişdi.
- Sən bu cızmaqaraların müəlliflərini açıqlaya bilərsən?
- İndi yox, müsabiqə hələ yekunlaşmayıb. Amma bir müşahidəmi deyim. Biir yazımda bir-iki cümlə ilə bir-iki gəncin yazısına irad bildirdim. Bir həngamə qopdu ki, gəl görəsən. Heç demə, mən “parlaq” istedadları boğuram. Çox gülməlidir: mənim bir iradımla beş istedad sarı yarpaq kimi budağından qopub düşəcəksə, daha onun nəyi istedad oldu? Heç demə, hərənin öz qahmarçısı varmış, arxasında partiyafason ədəbi qaragüruhlar dayanırmış – bir sözlə, hamı toxunulmazdır, heç kəsə güldən ağır söz demək olmaz. Onda başa düşdüm ki, sənli-mənli abırımıza qısılıb kənara çəkilməklə, deyəsən meydanı sözün həqiqi mənasında həyasız nadanların, özündən müştəbehlərin ixtiyarına buraxmışıq.
- Elə ədəbi mühitdəki xaosun bir səbəbi də budur. O gün Əkrəm müəllim də deyirdi ki, yüzlərlə əsər çıxır, hamısı da bərbad gündə…
- Bilirsən, artıq yaşın o çağıdır ki, hər şeyi öz adıyla deməyin vaxtı çatıb. Ədəbi mühitdə kimin kim olduğu hər kəsə bəllidir. Amma tənqidi fikir bildirməyə gələndə, hamı yaxasını qırağa çəkib abırsızdan abırını qoruyur, irad bildirib təhqir görmək istəmir. Həm də peşəkarlar adda-buddadır, diletantlar isə komanda şəklində. Hərdən mənə elə gəlir ki, onlar bir kluba toplaşıb yüzü bir yerdə yazır. Elə ki, birinə bir söz dedin, bir irad tutdun – qarğa-quzğun kimi yüz yerdən tökülüşürlər üstünə. Ona görə ədəbiyyat bu kökdədir. Ona görə martın 18-də Əli Kərimin 80 yaşının tamam olması Cavanşir Yusiflidən başqa heç kəsin yadına düşmədi. Sən xaosun səbəbini dedin, buyur, bu da nəticəsi. Diletantlar həmişə olub, sovet dövründə də alaq otu kimi hər yeri basmışdılar, amma bu sayda həvəskar yazarlar ordusunun, bu qədər zay məhsulun ortaya çıxmasını mən heç vaxt, heç bir dövrdə görməmişəm.
- Bəzi tənqidçilər, lap elə yazarlar da iddia edir ki, “bum” yaxşı haldır. Yəni, çoxlu əsərlər yazılacaq və bu fonda istedadlı bir nasir ortaya çıxacaq.
- Absurddur. “Aldanmış kəvakib”, “Danabaş kəndinin əhvalatları” yazılanda Axundovun, Mirzə Cəlilin böyür-başında hansı bum vardı? Ya Əkrəm Əylislinin, İsa Hüseynovun vaxtında Azərbaycanda üst-üstdən neçə povest yazılmışdı? Hə, deməli 50 diletant 100 dənə sarsaq roman yazacaq ki, bəlkə içindən bir əsl yazıçı çıxdı? Cəfəng fikirdir. Onu deyən yazarlara bu vəziyyət yəqin asanca fərqlənmək üçün sərfəlidir. Amma zəiflərin içində seçilməyə nə var ki, çalış güclülərin arasında seçiləsən.
- Qoy yazsınlar da, bunun nəyi pisdir?
- Düz deyirsən, belə baxanda mənə nə düşüb?! Guya mən deyəndə yazmayacaqlar? Əksinə, acığa düşüb daha çox yazacaqlar. Pis odur ki, oxucular azalır, zövqlər korlanır. Bu, təkcə həvəskarların deyil, bütün ədəbi qurumların, dərgilərin, saytların, naşirlərin günahıdır ki, çox tezliklə milli ədəbiyyat milli televiziyanın gününə düşəcək – mən artıq ədəbi dam-divarlara oxucu antennalarının quraşdırıldığını görürəm. İndi bəyənilməyən sovet dövrü yazıçılarının yüz minlərlə oxucusu vardı, çünki bir adam yazırdı, yüz adam oxuyurdu. İndi tərsinə olub, yüz adam yazır, bir adam oxuya, ya oxumaya. Oxucu zay yazını görəndə fikirləşir ki, bədii əsər belə olursa, mən bundan yaxşısını yazaram. Və sabah sən deyən istedadlı nasir ortaya çıxanda, görəcəksən o bədbəxtin romanını oxumağa oxucu qalmayıb.
““Nobel mükafati” romani Sankt-Peterburqda nəşr olunacaq”
- Mahir bəy, iyirmi ildi tanışıq, bu iyirmi ildə azından iyirmi dəfə soruşmuşam: noldu sənin romanın?
- Yaxşı oldu. Bitirdim.
- Bəs bunu de də. Doğrudan bitirdin?
- Bitirdim. Mən romanı bitirdim, roman da məni bitirdi. Zarafatsız deyirəm, inan ki, heyim qalmayıb. Qoy bu mənə dərs olsun, bir də romana girişmərəm. Təsəvvür elə, o boyda materialı hər dəfə bir ovqatla oxuyasan, pozasan, düzəldəsən. Nə isə, keçmiş olsun.
- Nə boyda çıxdı ki?
- Təxminən 250 səhifə. Çiy variantı 1800 səhifə idi. Bu neçə ildə poza-poza axırı ki, istədiyim həddə gətirdim. Yazmağa nə var, çətini pozmaqdır. Yüngülvari, təxminən bir aylıq redaktə işi qalıb.
- Necədi, axırı ürəyin istəyən kimi alındımı?
- Deyirəm axırıma çıxdı mənim, hələ gəl bir alınmasın da. O vaxt bir bölməsi “Dahi” adıyla kitabda getmişdi ha, bax həmin romandır.
- Bilirəm. Demək, bir aya biz nəhayət ki, Mahir Qarayevin “birinci və sonuncu” romanını da oxuyacağıq?!
- Yox, bir aya tərcüməçiyə verəcəm, ilin axırında Sankt-Peterburqda nəşr olunacaq. Maddi problemlər həll olunub, ordakı redaktor tərcüməni gözləyir. Amma tərcüməçi rusdilli Azərbaycan yazıçısı olacaq.
- Niyə istəmirsən ki, əvvəl burda çap olunsun?
- Olar bu suala cavab verməyim? Hesab elə ki, mən bir az eqoist adamam. Bir şey yazanda, uzun müddət istəmirəm onu kimsə görsün, oxusun. Danışıram, amma göstərmirəm. Həm də hara tələsirik ki?
- Yəni, bu romanı heç kəs görməyib, heç kəs oxumayıb?
- Ucundan-qulağından bir az Fəxri Uğurlu bilir, bir az da Tahir Kazımlı ilə müsahibədə danışmışdım. Hə, bir abzası da xanımıma oxumuşam. Orda bir epizodda onun obrazı keçir, həmin yeri oxumuşam, vəssalam. Bax, biri bir yaxşı şey yazanda təbii ki, tez istəyir qaçıb onu hamıya oxusun, tez çap elətdirsin. Normal şeydir, di gəl, məndə tərsinədir. Elə bilirəm nəsə gizli bir xəzinə tapmışam və bu sirr yalnız mənə məxsusdur. Bilmirəm, izah edə bildimmi? Nəsə buna oxşar bir hissdir.
- Mahir bəy, dedin ki, romanda xanımın da obrazı keçir. Bəlkə bir az da ailəniz barədə məlumat verəsən.
- Bir oğlum, bir qızım var. Oğlum xaricdə təhsil alır, iqtisadçıdır. Qızım Dillər Universitetinin tələbəsidir. Bulqakovu rusca oxuyur, Selinceri ingiliscə, Lorkanı ispanca. Oğlum da dörd dil bilir. Anaları rus ədəbiyyatının vurğunudur. Xoşbəxtlikdən heç biri heç vaxt yazmaq eşqinə düşməyib. Atam rus dili müəllimi idi, qeyri-adi yumor hissi vardı, ən çox da Qoqolu sevirdi. Uşaqlar oxumaqda analarına və babalarına çəkiblər. Onlar oxuyub, mən yazmışam. Ümumiyyətlə, nəsildə məndən başqa yazan olmayıb. Atam istedadlı adam idi, amma yazmadı, ömründə bir sətir də cızmadı. Mən onu Şervud Andersonun “Unudulmaz” (“Nezabıtıy”) hekayəsini oxuyandan sonra bir daha kəşf etdim. İndiyəcən ondan bir kəlmə də yazmamışam, amma nə vaxtsa yazacam, yəqin ki, yazacam...
Zöhrab Əmirxanlı

1354