Mili Kitab Mükafatının “on”luğu - SİYAHI
Lent.az-ın məlumatına görə, MKM on ən yaxşı əsəri elan edib. Tədbirdə Milli Kitab Mükafatının təşkilat komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri, yazıçılar iştirak edib.
Açılışda çıxış edən Nigar Köçərli qeyd edib ki, münsiflərin qiymətləndirilməsi www.mkm.az saytında “on”luğa düşən hər əsərdən bir parça yerləşdiriləcək və oxucular arasında elektron səsvermə aparılacaq. Səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq.
Sonra qısa “on”luğun siyahısı təqdim olunub. Siyahını təqdim edirik:
1. Etimad Başkeçid, "Kenterberri"
2. Mirmehdi Ağaoğlu, "Küləyi dişləyən"
3. Məqsəd Nur, "Şəhər meri"
4. Natiq Rəsulzadə, "Xunxarlar"
5. Natella Osmanlı, "Mən axmağam"
6. Nəriman Əbdürrəhmanlı, "Yolsuz"
7. Paşa Qəlbinur, "Qara su"
8. Pərviz, "Yad dildə"
9. Aslan Quliyev, "Sonuncu"
10. Azər Abdulla, "Sarı tağ"
Qeyd edək ki, münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildirlər.
Birinci yer üç min, ikinci yer iki min, üçüncü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi isə Amerika səfirliyi tərəfindən 1000 manatla mükafatlandırılacaq.
Xatırladaq ki, MKM “Bakcell” şirkətinin baş sponsorluğu və “Unibank” ASC-nin rəsmi sponsorluğu ilə təsis olunub. Mükafatın təsisçisi “Əli və Nino” Nəşriyyat Evidir.
Lalə Yusifqızı

720