İsmayıl Şıxlının xatirə lövhəsinin açılışı olacaq
Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirib. Onun sözlərinə görə, martın 7-də yazıçının vaxtilə yaşadığı binada xatirə lövhəsinin açılışı olacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə yanaşı, tanınmış ədəbiyyat və sənət adamları, ziyalılar və yazıçının qohumları iştirak edəcək.
İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Yazıçının məşhur “Dəli Kür” romanı və roman əsasında çəkilmiş eyni adlı film onu milyonların sevimlisinə çevirib. Yazıçının müxtəlif illərdə 20-dən artıq kitabı nəşr olunub. O, Azərbaycan Yazıçılar İttifaqının katibi, “Azərbaycan” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Xəyalə

746