Möhlət Müslümov İranda yenidən ustad dərsləri verəcək
Sənətçinin Lent.az-a verdiyi məlumata görə, ona yenidən İranda ustad dərsləri keçmək təklif olunub. Lakin gələn ay Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalı və Novruz bayramı ilə əlaqədar olaraq tarzən bu səfərini bir az yubadır: “Ustad dərslərini fevralın 1-ə planlaşdırmışdıq. Ancaq dərslərin vaxtını dəyişdim. Çünki rəhbərlik etdiyim Əhməd Bakıxanov adına ansambl 10 müğənnini müşayiət edəcək. Artıq həmin konsertlərin məşqləri də başlayıb. Buna görə hələ İrandakı ustad dərslərinin vaxtını dəqiq təyin edə bilməmişəm. Hesab edirəm ki, təxminən Novruz bayramından sonra gedə bilərəm”.
Möhlət Müslümov yaz aylarında yeni diski üzərində işləməyə də başlayacaq. Diskə özü ilə yanaşı oğlu, tarzən Rüstəmin də solo ifasını daxil etmək fikrindədir: “Rüstəm mənimlə birlikdə konsertlərdə çıxış edib. İstəyirəm, yeni diskə onun ifasında olan mahnıları da daxil edim. Yəni, diskdə həm onun, həm də mənim solo ifalarım yer alsın”.
Xalq artisti bir ay bundan öncə Milli Konservatoriyada professor vəzifəsinə keçdiyini də bildirib.
Xəyalə

890