Koreyanın aparıcı telekanalı Azərbaycan haqqında film çəkib
Film xalqımız, onun milli mədəniyyəti, tarixi abidələri və ölkəmizin turizm guşələrindən bəhs edir
Koreya Respublikasındakı səfirliyimizin dəstəyi ilə Koreyanın aparıcı telekanallarından olan EBS kanalının çəkiliş qrupu 25 sentyabr – 15 oktyabr tarixlərində Azərbaycanda olub və xalqımız, onun milli mədəniyyəti, tarixi abidələri və ölkəmizin turizm guşələri haqqında dörd hissədən ibarət film çəkib.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, filmin “Qafqaz xalqları” adlanan birinci hissəsində Qara dəniz və Xəzər dənizinin ortasında yerləşən Azərbaycanın şimal ərazilərində məskunlaşmış milli azlıqlardan bəhs edilib, Quba və Azərbaycanın ən yüksək yaşayış məskəni olan Xınalıq barədə məlumat verilib. Sonda Azərbaycanda müxtəlif dinlərə inanan çoxlu sayda azlıqların uzun əsrlər boyu yüksək tolerantlıq şəraitində yaşadıqları vurğulanıb.
“İpək yolunun şanlı irsi” adlanan ikinci hissədə qədim ipək yolunun mərkəzi şəhərləri olmuş Lahıc və Şəki nümayiş etdirilib, Azərbaycanın qədim misgərlik və digər sənətkarlıq nümunələrindən söhbət açılıb. Eyni zamanda YUNESCO tərəfindən Dünyanın Mədəni İrsi siyahısına salınmış İçərişəhərə ekskursiya edilib.
“Bakının sönməyən alovu” adlanan üçüncü hissədə dünyada neftin ilk dəfə tapıldığı Azərbaycanda yerləşən Yanardağ və Atəşgah abidələri ziyarət olunub, zərdüştlüyün vətəninin İran və ya Hindistan deyil, məhz Azərbaycan olduğu diqqətə çatdırılıb. Daha sonra Bakıda Şəhidlər Xiyabanı və orada şəhidlərin ruhuna ucaldılmış məqbərədəki daimi alov nümayiş etdirilərək, Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi, bu münaqişədə Azərbaycanın çoxlu sayda şəhid verdiyi, eləcə də bir milyona yaxın azərbaycanlının qaçqın və köçkün düşdüyü nəzərə çatdırılıb.
“Tarixin o tayındakı torpaq” adlanan dördüncü hissədə daş dövrünün abidəsi olan Qobustandakı qaya rəsmləri və dünyanın təbii möcüzələrindən olan palçıq vulkanları barədə Koreya tamaşaçılarına məlumat verilib. Həmçinin Xəzər dənizinin sahilində yerləşən Lənkəran və uzunömürlülərin yaşayış məskəni kimi məşhur olan Lerikə ekskursiya edilib.
EBS kanalının Azərbaycan haqqında çəkdiyi film Koreyada müvafiq olaraq 9, 10, 11, 12 noyabr 2009-cu il tarixlərində hissə-hissə, 15 noyabr tarixində isə dörd hissə birlikdə efirə gedib.

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15