Yalçın Rzazadə: “Kasib həyat yaşayıram, heç nəyim yoxdur”
Xalq artisti Yalçın Rzazadə sosial güzəranından narazıdır. Müğənni hazırki durumu ilə bağlı Lent.az-a açıqlama verib: “Zəki Mürenin çox məşhur bir sözü var idi: “insan zirvəyə doğru getdikcə kimsəsizləşir”. Mən də artıq həmin kimsəsizlərdənəm. Niyə ən tanınmış, korifey insanlar haqqında verilişlər hazırlayanda məni çağırırlar? Çünki o şəxslərin mahnısını oxumuşam. Onlarla ünsiyyətdə mən olmuşam”.
Müğənni həyatdan şikayətlənib: “Çox bədbin vəziyyətdəyəm, yaşamaqdan bezmişəm. Uşaqlığım gözəl keçib, iki universitet bitirmişəm, hələ o vaxt belə sənətdə məni anlayan yox idi. Heç kəs məni qəbul etmək istəmirdi. Tez-tez Tofiq Quliyevdən soruşurdum ki, niyə mənə qarşı belə münasibət var? Bəlkə mən həqiqətən də istedadsızam? Amma sonradan bütün gənc müğənnilər mənim oxuduğum mahnıları oxumağa başladılar”.
Xalq artisti maddi vəziyyətindən də danışıb: “Bu gün fikirləşirəm ki, sabah necə yaşayacam. Düzdü, prezident təqaüdü alıram. Lakin ailəm böyükdür. Bu mənə yetmir. Evim pis vəziyyətdədir, kasıb həyat yaşayıram, heç nəyim yoxdur. Xəstə adamam, düşünə bilirsiniz, bir bağ evim belə yoxdur ki, gedib orada nəfəs alam. Əslində mən mətin adamam, hər adamla da oturub şikayətlənə bilmirəm. Sadəcə, indi elə vəziyyətdəyəm ki, birdən-birə ürəyimi sizə açdım...”
Lalə Yusifqızı

1003