“Rəssam Həsən Daşdəmirin əsərləri 10 min dollara satılır” - MÜSAHİBƏ
DOKU Sənət qalereyasının sahibi: “Onunla uzun müddətli iş planımız var”
İstanbuldakı DOKU sənət qalereyasında azərbaycanlı rəssam Həsənağa Məmmədovun (Türkiyədəki təxəllüsü Həsən Daşdəmir) fərdi sərgisi açılıb. Sənətkarın yağlı boya tablolarının nümayiş etdirildiyi sərgidə DOKU sənət qalereyasının sahibi Gözdə Kıyatın Lent.az-a müsahibəni oxuculara təqdim edirik.
Xatırladaq ki, eyni ailəyə mənsub olan DOKU sənət qalereyalarından biri İstanbulda, digəri Ankarada yerləşir. İstanbuldakı qalereya Əhməd Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun Təşvikiyyə səmtindəki adını daşıyan küçədədir.
- Həsən Daşdəmir DOKU sənət qalereyaları üçün kimdir?
- Həsən Daşdəmir DOKU qalereyalarının əsas rəssamlarımızdan biridir. Biz onunla təxminən 10 ildir ki, əməkdaşlıq edirik. Hər il biz onun çəkdiyi yeni tabloları maraqla gözləyirik.
- Həsən Daşdəmir Türkiyədə əsərləri bahalı qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir və bu işdə qalereyanızın əməyi böyükdür...
- Təbii ki. Bir vaxtlar Türkiyədə Azərbaycandan gələn çox rəssam vardı. Onların arasında keyfiyyətsiz iş görənlər də az deyildi. Yaxşı rəssamlar Türkiyənin sənət bazarında özlərinin layiqli yerlərini aldılar. Həsən Daşdəmir Azərbaycandan gələn usta rəssamlardan biridir. Qalereyalar bu cür rəssamlarla işləməkdən çox məmnun olurlar.
- Həsən Daşdəmirin tablolarına baxanda Türk rəssamlıq sənətinin İbrahim Safi, Hikmət Onat, Naci Kalmıkoğlu kimi sənətkarları gözümün qabağına gəlir. Siz də belə düşünürsünüzmü?
- Daşdəmirin özünə məxsus tərzi var. İstanbulda çəkilən peyzajlarda ümumilikdə eyni yerləri gördüyümüzə görə, rəssamların əsərləri arasında da yaxınlıq hiss edilir. Ancaq Daşdəmirin özünə məxsus tərzi olduğunu vurğulamaq istəyirəm. Daşdəmir Türkiyəyə daha fərqli nöqtələrdən baxa bilir. Onun İstanbula olan sevgisini tablolarında görmək mümkündür.
- Siz Daşdəmirin daha çox hansı tərzdəki əsərlərini bəyənirsiniz-natürmortlarını, peyzajlarını, yoxsa fiqurativ tablolarını?
- Hamısından ayrı-ayrı bəyəndiyim çox tablosu var. Natürmortları da çox başarılıdır.
- Daşdəmirə “Maqnoliya ustası rəssam” adı verə bilərikmi?
- Bəli. O bir “Maqnoliya ustası”dır.
- Daşdəmirlə bu şəkildə əməkdaşlığa davam edəcəksiniz?
- Biz sənətkarlarla daimi əməkdaşlığa üstünlük veririk. Daşdəmir bizim önəmli rəssamlarımızdan biri olduğuna görə, onunla uzun müddətli çalışmağa niyyətimiz var. Biz tək sərgilik bir əməkdaşlıq istəmirik. Çünki bizdən tablo alan kolleksiyaçılar da sənətkarların keçmişi ilə bu gününü müqayisə etmək istəyirlər.
- Ticari bir sual verəcəyəm: Həsən Daşdəmirin tablolarının qiymətləri necədir?
- Bu sərgidə onun əsərlərinin qiyməti 2 min ilə 10 min dollar arasındadır.
- Bu, rəssamla qalereyanın əməkdaşlığının ən gözəl örnəklərindən biridir.
- Bəli .Bir rəssam bir qalereya ilə daimi işləmək məcburiyyətindədir. Çünki rəssamın əsərlərinin qiymətinin artması üçün bu, çox vacibdir. Başqa cür olanda tabloların dəyər qazanması çətinləşir. Rəssam qalereyaçıya güvənməlidir-bunun konkret örnəklərindən biri bizim Həsən Daşdəmirlə əməkdaşlığımızdır.
Mais Əlizadə

1126