Elnarə Abdullayeva: “Muğam ifaçıları çox savadsız olurlar” - MÜSAHİBƏ
Xanəndə Elnarə Abdullayevanın Lent.az-a müsahibəsi
- Vaxt var idi çox populyar idiniz, belə vaxtlarda müvəqqəti olsa da, birdən-birə göz-qulaqdan uzaqlaşdınız.
- Ailə qurdum. Sənətdən uzaqlaşmadım. Bütün gücümü ailəmə sərf elədim. Mən musiqidən birdəfəlik uzaqlaşmaq fikrində deyildim. Lakin ailənin oturması, formalaşması üçün vaxt lazımdır. Bir-birimizi başa düşənə kimi, ortaq məxrəcə gələnə kimi vaxt lazımdır.
- Neçə ildir ailəlisiniz?
- 11 ildir.
- Mən oxumuşam ki, ailə 10 ildən sonra formalaşır. Belə çıxır ki, 1 il də sənətdən gedib.
-Yox, niyə ki, bu illərdə boş oturmamışam axı, Asif Kərimovla layihələrimiz olub. Bir az da səsimdə problemim oldu, əməliyyat keçirdim. O da səbəb oldu.
- Zənnimcə, xanəndələr üçün teleekranda kommersiya əngəlləri yoxdur. Ekranlarda niyə görünmürdünüz?
- Vallah, nə pul istəyirlər, nə də dəvət edirlər. Bunun üçün gərək təşəbbüs göstərəsən, özünü ora-bura vurub, “mən də varam” deyəsən. Mən o xarakterin adamı deyiləm ki, narahat edəm, “məni də dəvət edin” deyəm. Bu televiziyaların öz işidir, özləri bilər. Düzdü, həmişə maraqlanırlar, hardasan, niyə gəlmirsən deyirlər. İndi şükür Allaha, hər şey qaydasındadır.
Hərdən deyirlər ki, muğam əvvəllər diqqət mərkəzində deyildi. Heç də doğru deyil. Mən o vaxtlarda hər gün el şənliklərində idim. İnsanlar muğamı sevməsəydi, niyə məni dəvət edirdilər? Muğama həmişə hörmət olub. Düzdür, muğam Alim Qasımovla daha çox geniş ictimaiyyətin diqqətinə səbəb oldu. Alim ruh gətirdi, həvəs gətirdi.
- Sizin təhsiliniz var, təcrübəlisiniz, nə əcəb musiqi məktəblərindən birində dərs demirsiniz?
- Mən orda dərs deyə bilərəm? Ölərəm. Mən dərs dediyim məktəbdə gərək hamısı yaxşı oxuyan uşaqlar olsun. Özümdən asılı deyil. Bilrisiniz, musiqi məktəblərində necə savadsız uşaqlar oxuyur? Mən onlara nə dərs keçə bilərəm? Onda gərək arsız olam.
- Sizin ifanız çox fərqlidir. Elə bil mərsiyə oxuyursunuz.
- Torpaqları gedən necə oxumalıdır? O məndən asılı deyil.
- Bəzən muğamın özünü də məktəblərə bölürlər. Düzdü, heç bir musiqiçi bu fikirlə razılaşmır. Lakin bu da danılmaz həqiqətdir ki, hər regionun özünün fərqli şivəsi və ifa tərzi var. Birinə Siz və Alim Qasımov nümunəsiniz. Hər ikiniz şamaxılısınız, ikiniz də fərqli və bir-birinizə oxşar ifa ilə seçilirsiniz.
- Hə, bənzərlik var. Lakin mən Ağaxan Abdullayevin sinfini bitirmişəm. Sonralar diqqətlə Keçəçioğlu Məhəmmədə, Məşədi Fərzəliyə, Cabbar Qaryağdıoğluya qulaq asmışam. Onlardan bəhrələnmişəm.
- Axı, hər regionun özünün sevimli janrı olur. Misal üçün, Şirvan bölgəsi daha çox aşıq sənətinə meyl edir. Qərb bölgəsinin kökündə aşıq sənəti var. Qarabağlılar muğamı daha dərindən bilir, sevirlər. Bu da ifaya, janra təsiri göstərir, mənə belə gəlir..
- Bizim zona bir az ritmik mahnıları sevir. Bir də, mənim ifamda qəbul olunmayacaq nə var ki? Mən özümə yeni yol axtarmışam. İlliərlə eyni musiqiyə qulaq asıb eyni şəkildə oxumalı deyilik ki! O cür düşünən adamlar yenilikdən xəbərsiz olanlardı.
- Özünüzü mübahisələr üçün gecikmiş hesab etmirsiniz ki? Səhnədə olduğunuz vaxt meydan da, meydandakılar da başqa idi. İndi tanıdığınız və tanımadığınız həmkarlarınız fəxri adlara, nüfuza sahibdir.
- Mən özümü bütün ifaçılardan xoşbəxt, varlı hesab edirəm. Heç nəyə heyfislənmirəm. Bir-iki ilə mən də fəxri ad alaram. Heç bir çətinlik yoxdur. Mənim üçün əsas o idi ki, ailəm olsun. Ailəsinin qədrini bilməyən, dövlətin, dövlətçiliyin qədrini bilər? Necə deyə bilər ki, bax, ay dövlət, mən buyam, normal, şüurlu, ailəsinə sadiq, normal şəraitdə yaşayan azərbaycanlı xanımam. Belə özümü təsdiqləyə bilməyəcəmsə, o ad nəyimə gərəkdir? Mənim hər şeyim var - ailəm, anam, atam, qardaşım, bacım... Mənə maraqlı deyil ailəsi, özü şəxsi həyatı sual işarəsi ilə dolu olan Əhmədin fəxri adı... Əgər mənim dinləyicilərim Azərbaycanın düşünən beyinlərindən ibarətdirsə, görün mən nə xoşbəxtəm! Deməli, mən varam da! Nə istəyirəm? Ağlı tam formalaşmayan gənc nəslin marağını neynirəm ki?! Onlar da vaxt gələcək, məni dinləyəcəklər. Sadəcə, vaxt yetişməlidir.
Mənim axtardığım mahnıları heç kim oxumayıb və oxumayacaq da. “Şuşanın dağları” var da, niyə oxuyum? İtib-batan musiqiləri tapmaq, oxumaq lazımdır. “Sona bülbüllər”i Qədirdən başqa heç kim oxumadı. Lakin mən oxudum. Çünki bu, mənim ruhumdu. Bilirsiniz, insan gərək papağını qarşısına qoyub fikirləşsin. Mən dövlətdən bunu nə üçün istəyirəm? İki–üç dəfə konsertdə oxuduğuma görəmi? Bəs sən nə vaxt xidmət edəcəksən vətəninə? Gələcək nəsi gəlir, gələcək nəsil üçün nə edəcəm, bunu yazan fikirləşmir. Onlara maraqlıdır ki, xalq məni tanısın.
Ümumiyyətlə, regionlarda xalq üslubunda mahnıları sevirlər. Estrada janrında oxunan mahnıları bəyənmirlər axı... Düzünü danışmaq lazımdır. Guya Bakıda elə deyil? Hansı estrada müğənnisi oxuyanda deyirsən “qəlbimi ovladı, ruhum aralandı göyə qalxdı...” Belə söz deyən var.?
Gənc nəsil özünü dərk etmir. Özünü tanımır. Hələ yetişməyib. O ayırd etmir...
- Gənc nəsil üçün nə iş görmüsünüz?
- Vallah, mən neyləmişəm deyəndə, bu gün oxumuram ki, gənc nəsil yanıma gəlsin. Özləri axtaracaqlar məni. Sənət axtaranda adam tapmayacaqlar. Nə öyrənək? Muğam dərsi öyrənə bilərlər. Amma oxuya bilməzlər. Muğam da bu gün dəbdədir. Lakin onu heç kəs öyrənmir. Bilirsiniz muğam nə qədər dərindir? Gördüyünyz muğam deyil. Hamı eyni mahnını. Hamı eyni qəzəli oxuyur. Neynirəm mən onu? Mənə uyğun deyil.
- Yeri gəlmişkən, muğam səhnəsində görünən monopoliyanın içinə yenidən girə biləcəksiniz?
- Neynirəm o monopoliyanı? Onlar mənim oxuduqlarımı oxumurlar. Eyni təsnif, eyni qəzəllər. Mən gecəmi-gündüzümə qatıram. Dünyanı kim tutub dayanıb? Bu gün xalq artisti alanlar da gəlsin, mən də gəlim. Görək bu xalq kimi çox sevir? Allahın mənə verdiyi bu nemət var e, ona şükür edirəm. Alsınlar da fəxri adları... Onlar belə bacarır, bu şəkildə alırlar.
Muğam ifaçıları çox savadsız olurlar. İstəməzdim belə olsun. Onların dünyagörüşləri də çox az olur. Yalandan bəzənib-düzənməklə deyil ki... Misal üçün, indi internet dövrüdür. Vaxtilə qəzetə yazırdınız, indi internetə. Bəs, bu muğam ifaçıları da fikirləşməlidir axı. Bax, hamı oxuyur, hamının həyatında yaxşı nə isə var. Mənim kimi xoşbəxt olanı varmı? Ailəsi bütöv, ağlı başında, oxumağı yerində olanın başqasının dalınca danışmağa , paxıllıq etməyə ehtiyacı var? Mən hamıdan yüksəkdəym. Təkəbbürlə demirəm ha!...
- İncəsənətdə olan insanlar hamısı sənətinə olan sevgisi ilə seçilir. İstər istedadsız olsun, istər istedadlı - hamısı səhnədə görünmək istəyir. Siz səhnəyə gəlmişdiniz ki, ailə qurasınız? Bu illər ərzində səhnədən ayrı düşmək az fəaliyyət göstərmək necə olub ki, sizi sıxmayıb? Özünüzü həmişə yaxşı hiss etmisiniz?
- Mən aciz qadın deyiləm. Çox dəyanətli insanam. Hər şeyi bacarıram. İllər ərzində itirdiyimi qısa vaxtda bərpa edə bilərəm.
- Bayaq bir fikir dediniz, elə bir müəllim yoxdur ki, bütün tələbələri əlaçı olsun. Musiqi məktəbində 5 savadsız olsun, 2 savadlı tələbə, niyə tədris etmək istəmirsiniz? Məncə, belə yanaşma fayda verməz.
- Əvvəla, məni pulsuz götürsünlər işə, gedim işləyim. Mən müəllim olmaq üçün pul verməyliyəm. Olacaq hamısı. Hər şey olacaq. Mənim öz planlarım var. Hər şeyi özüm edirəm. Özüm də edəcəm. İrəli getmək üçün heç kim kömək etməyib. İmkanlı həyat yoldaşım yoxdur. Normal ailəm var. Mən fərqli yaşamıram. Bax, bu mənəm, beş manatım var, özümündür. Bir adam qarşıma çıxıb bunu sənin üçün etdim, deyə bilməz...
Lalə Yusifqızı

2199