“Manas” dastanı Azərbaycan dilində nəşr olunub
Oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AMEA Folklor İnstitutunun böyük elmi işçisi, şair, publisist, tədqiqatçı Adil Cəmilin tərcüməsində çapdan çıxan qırğız eposu “Manas”ın təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, AYB-in katibi, xalq şairi Fikrət Qoca, filologiya elmləri doktoru Şirindil Alışanov, AYB-in gənclər üzrə katibi Arif Əmrahoğlu, şairlər İlyas Tapdıq, Nahid Hacızadə, Oqtay Rza, Mahirə Abdulla və başqaları türk xalqlarının təfəkkür tarixində böyük əhəmiyyəti olan, türkün soykökü, tarixi haqqında geniş məlumat verən “Manas” eposundan, A.Cəmilin tərcüməsində təqdim olunan kitabın böyük əhəmiyyətindən danışıblar.
Bildirilib ki, A.Cəmil nəzmlə yazılmış “Manas” eposunu nəsr şəklində, yığcam variantda, qırğız dilində nəşr etdirmiş Keneş Yusupovun tərcüməsinə müraciət edib. Kitabda Manasın dünyaya gəlməsi, uşaqlığı, yeniyetməlik dövrü, yurdunun azadlığı naminə qanlı döyüşlərə atılmağı, qələbələri və digər hadisələr yığcam, canlı şəkildə öz əksini tapıb. Bu gün də təravətini itirməyən əsərin ana dilimizdə səslənməsinin son dərəcə vacib olduğu bildirilib.
Natiqlər həm də 55 yaşına qədəm qoyması ilə bağlı A.Cəmili təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Sonda A.Cəmil tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.

1669