"Bəhanə" ad deyil...- RESENZİYA
Hər zaman zamanın yazarı olan Seyran Səxavətin ədəbi təşəkkürü haqqında
"Ədəbiyyat bir ovqat və ruh dünyasıdır". Belə deyib də bu fikirdə olanlar da var. Məhz bu fikirdən çıxış edərək, Seyran Səxavətin - hər zaman zaman üçün ajiotaj yaradan ədəbi səhnələr ortaya qoyan dramaturq-şair-nasirin növbəti töhfəsi "Bəhanə"dir. Çəkinmədən "roman" növündə təqdim etdiyi "Bəhanə" qeyd-şərtsiz də belə qəbul olunmalıdır: qəhrəmanlarının bütün dialoqlarına; səhnələrin təsvirinə; coğrafi arealına; düşüncə və fikir meydanlarına... bir də ifadə vasitələrinə görə!
Yüz ildən sonra belə də bu romanı oxuyanlar Azərbaycan xalqının əlahiddə bir kontingentinin yaşam tərzi barədə ətraflı bilgilər alacaq - "Qoçəhmədli xalqı"ndan tutmuş, dağ Füzulinin "bəyənilməyən" Arazboyusuna, xüsusi dəm-dəstgahla toyunu-vayını ötüşdürən azərbaycanlıların iştirakçılara minnətdarlıq hisslərinin ifadəsinə qədər! Hələ bir üstəlik savadına görə yox, səsinə görə musiqi təhsilinə şərait yaradılmaqla qazanılan pulları saymağı bacarmağı üçün də ali iqtisadi təhsil barədə diplomun da xələt şəklində verilməyi bir yandan!
Bax, bu, Seyran Səxavətin stilidir - xalqın sevimlisinin nəhəngliyini xalqın diliylə ifadə edib, özünü danışdıranda dialoqu əndrabadi və köntöy suallar üstündə qurub da bütün pərtov və lamlatayır leksikonuyla obrazın bitkinliyə, kamilliyə çatdırılma stili!
Seyran Səxavət şəhdi-şəkəri ana südü və laylası qədər ecazkar, təbiəti qədər füsunkar, İlahiliyindən əsrarəngiz Qarabağ dünyasının qənirsiz gözəlliyini bir daha bütün Azərbaycana çatdırmaq, bir daha bütün Azərbaycana tanıtmaq üçün öz stilində qənirsiz "bəhanə" tapıb - Dədə Süleymanı!
Sözün yanında "dünənki uşaq" olduğu səs və onun təmsilçisi haqqında cəsarət edib böyük-böyük danışmaq, yazmaq, üstəlik də roman janrında, hər yazarın cürdəyi-cəbbəsi deyil!
Bunu Seyran Səxavət bacarıb!
Stilinin adı ədəbiyyatda "Seyran Səxavət" qalacaq bu romanın daha bir məziyyəti var ki, yaradıcılıq baxımından kütləviliyin tələblərinə cavab verir - biz "düzü düz"ə möhtac qalmışlardan olduğumuzdan, obrazların da real həyat prototipləri olması və yazıçının onları ədəbi qəhrəman səviyyəsində təqdim etmə cəsarəti qeyri-müəyyən, mücərrəd obrazların axtarışından oxucunu azad edir.
Daha bir məqam - adama nə qədər desən də "belə yaxşı olmaq olar, nümunəsi də, bax, filankəs" alınmır, amma Seyran Səxavətin obrazlar qalereyasında müasirlərin yaşamı bir görkdür: şahid dalınca İsfahana getməyə ehtiyac qalmır!!!
Bu romanda hər şey bərbad olsaydı belə, yenə də ən dəyərli əsər saymaq lazım idi - söhbət Dədə Sülemandan getdiyinə görə!
Bu romanda stilistika, bədii təsvir və ifadə vasitələri başdansovdu qələmə alınsaydı belə, yenə də ən dəyərli töhfə saymaq lazım idi - söhbət indi itirilmiş, amma bütövlükdə ölkənin unikal yaşam tərzi və kriteriyaları sərgiləyən Qarabağından olduğuna görə!
Bu əsər, hər şeydən öncə, muğam və ona göstərilən qayğının səviyyəsinə minnətdarlıq, digər tərəfdən də, muğam dünyasını yaşadanlara təşəkkür olduğuna görə zamanın güzgüsü sayılmalıdır!
Seyran Səxavət günümüzün dramatizmini, musiqimizin inkişaf dinamikasını, hadisələrin cərəyan etdiyi trayektoriyanı dramaturq kimi vahid xəttə cəmləyərək, nasir müdrikliyiylə bir kontinental areal yaradıb.
Bu romanda keçmişin və bu günün bütün naqislikləri postmodernizm təzahürlərindən yararlanılaraq gözdən salınır, elə həmin keçmişin və bu günün də milli-əxlaqi dəyərləri isə konservatizmə və keçmişə söykənilərək yaşadılmaq üçün tövsiyə olunur - bunu uzlaşdırmaq Seyran Səxavətin yazıçı-dramaturq kimi ahəng vəhdətini yarada bilməsi və üstünlüyüdür. Ki... təqdir olunmalıdır - bacara bilsələr!!!
Mənim üçün "Bəhanə" daha çox "alim olmaq asandır, adam olmaq çətindir" hökmünün bədii ifadəsidir! "Alim" - Dədə olub da Süleyman kimi adamlığını saxlaya bilən obrazı yaratdığına görə daha çox Seyran Səxavətə təşəkkür düşür. İndi hamı "ulduz"dur, amma adam deyillər!
Seyran Səxavət bu günün sözünü daha nə təhər dəqiq deyəsiydi ki?!
Seyran Səxvət Qarabağın sevilməli, azadlıqda olmalı, insanlarının dəyərli olmağını daha nə təhər çatdırmalıydı ki, gələcək nəsil bir Qarabağ, dolayısıyla da Azərbaycan təəssübü çəkəydi?!
"Bəhanə" roman janrının tələb etdiyi bütün qayda-qanunları darmadağın edib!
Məhz Seyran Səxavət "Bəhanə"siylə sübut edib: romanın ən böyük tələbi günün ağrılarını çatdırmaqdı; keçmişi saf-çürük etməkdi; gələcəyi necə görməkdi! Qalanı... texniki məsələdi!
Hə-ə, həmin texniki məsələlər romanda bir az "cırıltı" yaradır - Seyran Səxavət ranqında yazar üçün bu professionallıq iradı ola bilməz; Seyran Səxavət üçün bu özündənəminlikdir - nətəri ki, Dədə Süleyman el məclislərində ağsaqqallıq hüququ qazanmış adam kimi latayır danışır, heylə də Seyran Səxavət yazıçı-dramaturq-şair-publisist kapellasında "tribun" limitindən xərcləyir!
Hər ikisi də əsərdə həyatda olduğu kimidir - bədxərc! Çox "səxavət"lidirlər!!!
Ayıb sayılmaz - söz demək üçün də gərək kişilik rütbəsində özünü təsdiqləyəsən! Bu gün üçün hər yerdə, həmişə danışmaq və söz demək haqqını hər ikisi qazanıb - indi yaxşı dost o dostdur ki, dostuna da şərait yaradır. "Bəhanə" Seyran Səxavətin həm də dostlarına yaratdığı şəraitdir!
Muğama, onun özünə və ifaçılarına göstərilən qayğıya, sözə və onun sahiblərinə verilən meydana və bir də yaşa-başa tanınan hörmətlə bahəm!
Bu günün "romanı" və romanı belədir!
Bunu yazmaq-yaratmaq isə həmişə Seyran Səxavətin missiyası olub! Əlli, qırx, otuz, iyirmi, on... il qabaq da, bu gün də!
Yazıçıya, əsərə və onun qəhrəmanına iradım: Dədə Süleymanla Sahibə xanımın dialoqunda bu söhbət olmamalıydı ki, Ucara mahnı bəstələnməyib - "Ucal, ay Ucar" mahnısının müəllifi hələ sağdır, kitab əlinə düşər: Ucara görə olmasa da, Dədə Süleymana görə. Dədə Süleyman haqqında kitab da hava məlumatı deyil ki, Ucar üçün deyilməsin, Dədə Süleymandı ey - axtararlar, ayıb olar...
Aydın Canıyev

946