Naxçıvanda xalq rəqsləri və yallı musiqiləri nota köçürülür
Naxçıvan Muxtar Respublikasında (NMR) xalq rəqsləri və yallı musiqiləri ilk dəfə olaraq nota köçürüləcək. NMR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin Lent.az-a verdiyi məlumata görə, artıq prosesə başlanılıb.
İlkin olaraq NMR Bəstəkarlar İttifaqı tərəfindən 10-a qədər yallı musiqisinin nota köçürülməsi həyata keçirilib. Mərhələli şəkildə milli rəqslərimiz və digər yallı rəqslərinin musiqiləri, habelə unudulmaqda olan musiqi nümunələri notlaşdırılacaq.
Xalq rəqsləri və bütün yallı musiqilərinin notlaşdırılması Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamına uyğun həyata keçirilir. Məqsəd milli musiqimizin, unudulmaqda olan xalq musiqisi nümunələrinin aşkara çıxarıb daha geniş səviyyədə təbliğinə nail olmaqdır.
Fariz YUNİSLİ

3422