Fərhad Bədəlbəyli: “Rostropoviçi bağa apardım, yanında biabır oldum...” - MÜSAHİBƏ
- Fərhad müəllim, tələbələrin bu qabiliyyət imtahanlarında əldə etdiyi nəticələr sizi qane edirmi?
- İstedadlı uşaqlar var. Lakin əlbəttə, o qədər də qeyri-adi istedadları - ulduzları mən hələ görməmişəm. Bizim vaxtımızda daha keyfiyyətli ifaçılar var idi, uşaqlar daha çox hazırlıq nümayiş etdirirdilər. Orta səviyyə var, lakin güclü uşaqlar çox azdır, demək olar 7-8 nəfərdir.
- Bəs, bu il neçə nəfər akademiyaya qəbul olunub?
- 120 nəfər.
- 120 tələbənin içində cəmi 5-6 nəfər Sizin istədiyiniz səviyyədədir?
- Əvvəlki illərdə də ulduzlar həmişə 10 faiz idi, lakin orta səviyyə olduqca yüksək idi. Fərq ondadır ki, orta səviyyə aşağı enib.
- Bu tələbələr həm də qabiliyyət imtahanından sonra test imtahanı da verirlər. Onların arasında ən yüksək bal toplayan nə qədər olub?
- Bu il birinci test imtahanları, sonra qabiliyyət imtahanı verilib. Uşaqlar test imtahanından sonra bizim yanımıza gəliblər. Eləsi var idi ki, 536 bal toplamışdı, lakin beynəlxalq universitetə qəbul oldular. Bizim tələbələr 200-250 bal qazanıblar. Nəfəs alətləri, vokalçılar hətta 75-90 bal toplayıblar.
- Onların içində intellektual səviyyə, nəzəri biliklər qaneedicidirmi?
- Yox. Məktəbdə o barədə böyük problemlər var. Tarix, ədəbiyyat, sənət tarixi, coğrafiyadan görürəm ki, uşaqlar bixəbərdirlər. Bəzilərindən soruşuram ki, “Dəli yığıncağı”nı kim yazıb, bilmir. Mən Şekspirdən, Bethovendən danışmıram, Qara Qarayev məsələlərini soruşuram, bəziləri bilmir. Elementar suallar verirəm, çətin suallar vermirəm, yəqin ki, məktəbdə bu fənlərə görə problemlər yaranıb. Mən bilmirəm, bu nədən asılıdır.
- Nəzərə alaq ki, məzunlara həm də Azərbaycanı xaricdə təmsil etmək imkanı verilir.
- Vaxtilə çox ciddi nəzarət var idi. Əvvəllər tələbəyə min sual verilirdi ki, bu adam xaricə gedir, ona hər sual verilə bilər. Bəzən biz sovet rejimini pisləyirik, lakin o vaxt ciddi nəzarət var idi. İndi görürəm ki, xaricə göndərəndə adamı bir az imtahana çəkmək lazımdır. Uşaqlar elementar şeyləri bilməlidir, birinci opera nə vaxt yazılıb, nəyə görə Üzeyir bəy dahidir, Fikrət Əmirovun hansı əsərləri Amerikada səslənir... Onu da bilmirlər axı. Vaxtilə sizə açıq deyim, bizdə tarix, ədəbiyyatdan çox güclü müəllimlər var idi.
- Orta məktəbdən söhbət gedir?
- Bəli... İnternet uşaqları məhv edib, kitab oxumamaq fəlakətdir. Şekspiri bilmək lazımdır, adını yazıb axtarış verirlər. Lakin Şekspirin özünü oxumurlar. Sabiri, Puşkini, Tolstoyu oxumurlar. Sadəcə, informasiya şəklində bilirlər. O da əgər lazımdırsa... Bizim vaxtımızda yayda kitab siyahısı verirdilər. İndi kim nəzarət edir? Uşaqlar səhərdən-axşama qədər, şou-qalmaqalları, ucuz informasiyanı mənimsəyirlər. Hayıf ki, Azərbaycanda mədəniyyət kanalı yoxdur. Rusiyada var, bizdə yoxdur.
- Dediyiniz o şounu, dedi-qodunu edənlər arasında Sizin rəhbərlik etdiyiniz akademiyanın yetirmələri varmı?
- Bizim məzunlara hər dəfə tapşırıram ki, belə qalmaqallarda iştirak etməsinlər, ayıbdır. Əvvəla, biz müsəlmanıq, bizə yaraşmır. Bir-birlərini təhqir edib məhkəməyə verirlər. Nədir ki, diqqət mərkəzində olsunlar.
- Fərhad müəllim yetirmələrinizdən kimin adını çəkə bilərsiniz ki, tamaşaçı, dinləyicilər onunla fəxr edir.
- Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, əməkdar artist Murad Hüseynov, Vüsal Sarabski - bu yay düynada nömrə bir olan ən caz festivalında birinci olub. Belə adamlar var. Sadəcə, onlar haqqında çox az məlumat gedir. Onlar şou-biznes nümayəndələri kimi həyasız deyillər. Özləri barəsində o qədər də danışmırlar. Jurnalistlər onların barəsində yazmalıdırlar.
- Mili mentalitetə zidd olan hərəkətlərə görə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmisinizmi ki, televiziyalarla bu barədə müzakirə aparsın?
- Demokratik ölkədə yaşayırıq, demokratiyanın da belə dərdləri var. Ona qadağa qoyan, söz deyən yoxdur. Biz sadəcə tənqid edə bilərik. Lakin sözümüzü də eşitmirlər. Əlbəttə, cəmiyyət də öz sözünü deməlidir, akademiklər, professorlar onlar nə isə deməlidirlər. Toyda oturmaq olmur, beş dəqiqə oturub qaçırıq. Biabırçılıqdır! Təsəllimiz odur ki, son vaxtlar muğam da dinləməyə başlayıblır.
- Hesab edirsiniz, nazirlik bu ucuz şounun heç olmasa bir faizinin qarşısını ala bilməz?
- Cəmiyyət, mədəniyyət öz sözünü deməlidir. Rostropoviçi bağa apardım, yanında biabır oldum. Dedi, gül kimi dəniziniz var, niyə kənarına zibil atırsınız. Dəniz qırağı zibilxanadır, hansı ölkədə bu var? Belə şeylər də mədəniyyətdir də! Ağsaqqalın yanında siqaret çəkəndə bir az mədəniyyət gedir, bir az Amerika filmləri... Bəzi şeyləri biz unutmuşuq. Bu tərbiyə kimi hər gün deyilməlidir. Hər halda fikirləşmək lazımdır, bu bizi çox narahat edir. Ziyalılar ancaq toylarda və yasda yığışır, avropalaşırıq, bilmirəm bu yaxşıdır, yoxsa pisdir...
- Mədəniyyətimizin beşiyi olan Şuşaya getməyə hazırlaşmırsınız?
- Bilirsiniz, mən o haqda bir dəfə demişəm, doğrudan şok keçirmişəm. Sonra başımda əməliyyət aparıblar. Vəziyyət çox ağır idi. Orada elə şok keçirdim ki, ikinci dəfə ora gedərkən konkret fikirlə getməliyik. Ən böyük arzum Şuşada musiqi məktəbi tikdirməkdir, özü də sponsor tapmışam. Cibimdə pulum var. Biz ora gedəndə konkret işlə görüşməliyik. Yoxsa, yenə onlarla görüşək, nəticəsiz.. Oraya Şuşanın əhalisi getməlidir. Polad da getdi, sərt açıqlama verdi, tənqid etdilər ki, aqressiv oldu. Olar da, nə qədər vəziyyətə baxmaq olar, nəticə yoxdur. Nə qədər nəticəsiz getmək olar, insana təsir edir. Ancaq və ancaq konkret nəticə olsa, onda gedərəm.
Elxan Salahov
Lalə Yusifqızı

1467