Amsterdamda Firəngiz Əlizadənin yeni əsərinin premyerası olub
Yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində Hollandiyanın məşhur konsert salonlarında dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin ifasında qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub. Festival çərçivəsində bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin musiqi tarixində ilk dəfə olaraq flamenko ilə muğamın sintezindən bəhrələnən “Mugflamenko” əsəninin premyerası da təşkil edilib. Premyera yanvarın 30-da Amsterdamda yeni inşa olunmuş 1200 nəfərlik “Muzikcentrum” konsert salonunda baş tutub.
Bəstəkarlar İttifaqından Lent.az-a verilən məlumata görə, festivalın Təşkilat Komitəsinin təklifi ilə bəstələnən əsərin tanınmış xanəndə əməkdar artist Zabit Nəbizadə, tarzən Ələsgər Məmmədov, eləcə də tanınmış dirijor Ed Spanyardın idarə etdiyi Hollandiyanın məşhur “Nieuw Ensemble” kamera orkestri, həmçinin məşhur flamenko ifaçısı Karlos Moreno Deniya Arturo Ramon tərəfindən harmonik ifası tamaşaçıların alqış sədaları ilə müşayiət olunub. Dahi qəzəlxanımız Əliağa Vahidin “Ey gül, sənə qəlbimdə məhəbbət yenə vardır…” mətləli qəzəli həm Azərbaycan, həm də ispan dilində oxunub. Qəzəl, həmçinin tamaşaçılar üçün holland dilinə də tərcümə edilib.
Konsertdən sonra festivalın bədii rəhbəri Ernestino Fon De Noort Firəngiz xanımın “Mugflamenko”nu “Flamenco Biennale”nin bəzəyi kimi qiymətləndirərək, bu əsəri Azərbaycan və Avropa musiqisinin sintezi ənənəsinin ən gözəl nümunəsi olduğunu qeyd edib. Ernestino Fon De Noort həmçinin xanəndə Zabit Nəbizadənin, tarzən Ələsgər Məmmədovun ifasına valeh olduğunu da deyib.
Məlumat üçün deyək ki, flamenko musiqi və rəqsin bir hissəsi olub, İspaniyanın musiqi mədəniyyəti nümunəsidir. Bu rəqs, “flamenko” adlanan Əndəlüs (Sevilya) qaraçılarının musiqi rəqsidir. Deyilənə görə, ilk flamenko rəqqasları həvəskar insanlar olublar. İlk dəfə 1774-cü ildə Xose Cadalsonun nəşr etdirdiyi ədəbiyyatda flamenko rəqsinin texnikasından bəhs edilir. İlk dövrlərdə flamenko sadə musiqi alətlərində çalındığı halda, daha sonralar gitara ilə ifa olunub. Flamenkonun “Qızıl Əsr” dövrü 1869-1910-cu illər sayılır.
Xəyalə

741